AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.11.2021  13:03 

Xanım politoloqdan sərt açıqlama: “Saxta tarix yaratmayın“





A+  A-

"Heyif səndən, Azərbaycan! Biz buna layiq deyilik. Erməni işğalı bitdi, beyinlərimizin işğalı başlandı".

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə xanım politoloq Nəzakət Məmmədova çıxış edib.

N.Məmmədova bildirib ki, Zəfəri bu ölkənin öz igid şəhid və qaziləri qazanıb:

"Bunu anlamaq bu qədərmi çətindir?! Harda görünüb ki, milyardlarla dollar xalqın büdcəsindən pul verib silah aldığın, neftinin 70 faizini verdiyin ölkəyə minnət borcun olsun?! Onda Türkiyə də hər dəfə PKK-nın Kandildəki, Şırnakdakı mövqelərini vurduqdan sonra çıxıb F-16-lara görə ABŞ-a təşəkkür etsin?! Halbuki, Türkiyə ABŞ, Fransa və İtaliyadan xeyli silah alır, amma Amerika və Fransanı ən çox tənqid edən ölkələrdəndir. Saxta tarix yaratmayın. Gələcək nəsilləri aldatmayın! Hər addımda məsuliyyətli olmaq lazımdır. Populist yox! Müharibəni Azərbaycan-İsrail-Pakistan üçlüyü yox, Azərbaycan-Rusiya-Türkiyə üçlüyü qazandı! Ölkənin ən ali vəzifəli şəxsi olan Prezident İlham Əliyev bir dəfə də olsa, müharibədə iştirakına görə Pakistan və İsrailin adını çəkib, onlara təşəkkür etmədi. Amma Rusiya və Türkiyəyə təşəkkür etdi! Çünki o, nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilir!"

Xəbər 1921 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +