AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


10.11.2021  13:30 

Bu qədər yeyinti, özbaşınalıq, qanunsuzluq - Akademik kimə arxayındır?





A+  A-

Akademiyada, xüsusən, onun Dilçilik İnstitutunda ümummilli maraqlara qarşı tuşlanmış sui-qəsdlərin ondan birini dediyim üçün üzərimə təşkil olunan şər-böhtan və yalan kampaniyasında bir-birinə can deyib, can eşidən akademiklər də fəal iştirak ediblər.

Bosun ssenariləşdirdiyi yazının altına "koment" yazıb canfəşanlıq edənlərdən biri də öz səriştəsizliyi və işbilməzliyi ilə 5 il Dilçilik İnstitutunu böyrü üstə qoyub sonda bir-iki dostu tərəfindən müşavirliklə mükafatlandırılan Möhsün Nağısoylu olub.

Vaxtilə 2018-ci ildə Elmi Şuraya basqın edənlərin, şəxsimə qarşı hücuma keçənlərin dəstə tərəfindən vəzifələndirilmələri vəzifənin məsuliyyət yox, kef olduğunu sınaqdan keçirən Nağısoylunu yaman həvəsə gətirib.

(Saxta kitablar, plagiarizmə abidələr, yüz minlərlə qrantlar, uğurlu ört-basdırlar və s. sakit ötüşüb. Nöqsanları deyənlər təqib olunub).

Ölkə Prezidentinin Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirilməsi üçün ayırdığı 2 milyonun taleyi qaranlıq qalıb. Dilçilik İnstitutu sovrulub, çökdürülüb.

Həvəsdən şövqə gələn 76 yaşlı Nağısoylu nə danışdığının fərqində olmayıb. Sanıb ki, belə desə, bosunun xoşuna gələcək, bütün ziyanları yenə də ört-basdır edəcək.

Elmi ad və titulları intellekt göstəricisi sayan "dünyagörüşlü" Nağısoylu yazır ki, Abbasov (yəni mən) hər yerdə özünü professor kimi təqdim edir, halbuki AAK-dan "professor" diplomu yoxdur. Möhsün Nağısoylu bunu saxtakarlıq adlandırır.

Təsəvvür edin, bosa sədaqətini izhar etmək naminə adam bütün Rəyasət Heyəti üzvlərini saxtakarlıqda ittiham etməkdə özünü sərbəst hiss edir. Adam məsuliyyətin nə olduğunu heç vaxt bilməyib və yəqin ki, bu yaşdan sonra da bilməyəcək.

Gör, kimləri akademik edirlər, İlahi?! Bərəkallah! Akademik arxayındır ki, bu qədər yeyintiyə, özbaşınalığa, qanunsuzluqlara görə nə ona, nə də onun boslarına "gözün üstə qaşın var" deyən olmayıbsa, bundan sonra da olmayacaq. Onsuz da fikirləşib pisliklərə bir ünvan tapıblar!

Ay Möhsün Nağısoylu, bəs sən akademiklik diplomunu AAK-dan almısan? Bəyəm, titul cadu-pitikdir, ya duadır? Gərək insan o dərəcədə cahil ola ki, titulları savadın, intellektin göstəricisi hesab edə!

Möhsün Nağısoylu! Biz professor seçildiyimiz eyni prosedur üzrə sən də akademik seçilmisən. Məsələn, sən AMEA-nın həqiqi üzvü, biz 25 nəfər isə AMEA-nın professoru. Fərq birdir. Sən dövlət büdcəsindən müftə yerə hər ay 2000 manat pul qoparırsan, biz isə professorluğa görə dövlətdən 1 manat da almırıq. Həırçənd ki, fəaliyyətimiz və məhsuldarlığımız səninkindən qat-qat çox və faydalıdır. Müftəxor olanda adam əsl alim olur? Bu barədə sonra...

2017-ci ildə AMEA Rəyasət Heyəti tərəfindən eyni prosedur üzrə seçildiyimiz və dövlətə ziyanı olmayan, büdcənin belində oturmayan "AMEA professoru" diplomu.

Mayakovski demişkən, "Alın...a! Yana-yana qalın...a!"





İdris Abbasov
Professor


Xəbər 1808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +