Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.11.2021  12:12 

“Bütün dünya bilməlidir ki...” - Hulusi Akar





A+  A-

“Bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Bu, dünən də belə idi, bu gün də belədir və sabah da belə olacaq”.

XezerNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Zəfər qazanıldı, ancaq uzun illər sonra Qafqaza sabitliyi gətirəcək olan sülhün davamlı olmasını təmin etmək üçün yeni mübarizə başlayıb. Bu xüsusda Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü bir addımdır.

Ermənistan rəhbərliyinin də mövcud siyasətlərini bir kənara qoyaraq “altılıq” platforması təkliflərimiz də daxil olmaqla, bu tarixi fürsəti dəyərləndirəcəyini gözləyirik. Kin və nifrət üzərində bir gələcək qurulmayacağını artıq hər kəsin bilməsi lazımdır. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Biz bu anlayışla üzərimizə düşən tarixi məsuliyyət çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik”.

Xəbər 3145 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +