İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.11.2021  22:05 

Azərbaycanın siyasi müstəvisində nifrət vulkanları püskürür





A+  A-

Tofiq Yaqublunu hamınız yaxşı tanıyırsız. O gün haradasa oxudum ki, o, indiyə qədər 35 dəfə həbs olunub. YAP iqtidarına qarşı ən radikal mövqeyi ilə seçilir. Elə bu səbəbdən də neçə dəfə şərləyib həbs ediblər. Bir sözlə, Tofiq Yaqublu iqtidara qarşı mübarizənin əsl simvoludur.

Son vaxtlar onun haqqında tez-tez yazmalı oluram. Çünki hörmətli Tofiq bəy əndrabadi fikirlər səsləndirməklə məşğuldur.

Məsələn, o gün yazmışdı ki, İlham Əliyev Füzuli və Zəngilanda ona görə hava limanı tikdirir ki... qəzəblənmiş xalqın əlindən Bakı Hava limanından qaça bilməsə, onda Qarabağdakı hava limanları vasitəsi ilə aradan çıxsın.

İndi də belə yazır: “İlham Əliyevin "Qarabağ Azərbaycandır" sözlərini bəşəri və tarixi bir aforizm kimi yenicə dövriyyəyə buraxılmış 500 manatlıq banknotların üstünə yazıblar. Əvvəla, qanunsuz olsa da, fəaliyyətdə olan dövlət başçısının dediyi sözləri, lap çox məzmunlu olsa da milli pul əskinasının üstünə yazmaq ayıbdır. Artıq milli valyutamız həm də milli yaltaqlıq nümunəsi oldu. Digər tərəfdən, "Qarabağ Azərbaycandır" ifadəsi təkcə İlham Əliyevə aid deyil ki! Kim bunu demir ki? Azərbaycan xalqı 1988-ci ildən bunu demirmi?”

Mən başa düşürəm ki, Tofiq Yaqublu bu iqtidara, xüsusən İlham Əliyevə nifrət edir. Bunun üçün kifayət qədər əsasları da var. Heç İlham Əliyev də Tofiq Yaqubluya sonsuz məhəbbət bəsləmir. Bu da aydındır. Mən onu da yaxşı anlayıram ki, həqiqəti təhrif edən bu kimi fikirlər nifrətdən doğur.

Yadınıza salıram. 2019-cu ilin avqustun 5-də Xankəndində olan Nikol Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını səsləndirdi. Buna cavab olaraq oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasına qatılan İlham Əliyev dedi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandir və nöqtə” bəyanatı yalandan başqa bir şey deyil: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Nikol Paşinyanla İlham Əliyev arasındakı bu söz atışması sonda 44 günlük müharibəyə gətirib çıxardı. Sonrasını da bilirsiz. Tofiq Yaqublu da bunları bilməmiş deyil. Ancaq Tofiq bəydə İlham Əliyevə olan nifrət hissi o həddədir ki, o, Azərbaycan prezidentinin gördüyü ən uğurlu işə belə mız qoymaqdan çəkinmir.

Onu da xatırladım ki, Tofiq bəy əlində silah Qarabağda ermənilərə qarşı vuruşmuş adamdır. Ancaq onun İlham Əliyevə olan nifrət hissi o qədər güclüdür ki, o, Qarabğda əldə olunmuş Zəfərə sevinə də bilmir...

Dünənə qədər İlham Əliyevə lağ edirdiniz ki, “nə oldu, Lazım hələ gəlib çıxmadı?”
İlham Əliyev Ali Baş komandan kimi döyüşdü. Özü də ağlasığmaz ustalıqla. Şəxsən mən, İlham Əliyevdən elə məharət gözləmirdim. O, Azərbaycan dövləti və xalqının qarşısında duran ən böyük problemi böyük bir ustalıqla aradan qaldırdı. Erməni faşizminin belini qırdı. Nədənsə sizlər obrazlı desək, lağlağı obyektinə çevirdiyiniz Lazımın belə qətiyyətli gəlişindən və erməniləri darmadağın eləməsindən o qədər də məmnun görünmürsüz. Böyük əksəriyyətiniz isə yasa batmısız.

Bəli, 500 manatlıq əskinasın üstündə məhz İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” yazılmalıydı. Çünki bu ifadə II Qarabağ Müharibəsinin ən yaddaqalan bir məqamını özündə əks etdirir. Məndən olsaydı “Nə oldu, Paşinyan?” ifadəsini də əskinazın o biri üzünə əlavə edərdim.

Özü də problem təkcə Tofiq bəylə bağlı deyil. Azərbaycanın siyasi müstəvisində nifrət vulkanları püskürür. Siyasi meydanda qarşılıqlı ehtiram, sayqı adına bir şey qalmayıb. Bizim siyasətçilər - iqtidardakılar da, müxalifətdəkilər də öz maraqları naminə bir-birini didib-parçalamağa, qanını içməyə hazır görünürlər. Dözümsüzlük, inkarçılıq, düşmənçilik... baş alıb gedir.

Bir kəndinizə gəlin, adam olun, siyasətlə də adam kimi məşğul olun. Nə vaxta kimi belə davam edəcək? Fərqində deyilsizmi? Sizlər gələcək nəsillərə son dərəcə iyrənc bir örnək qoyub gedirsiz.

Yuxarıda vurğuladım ki, İlham Əliyev Azərbaycan dövləti və xalqının qarşısında duran ən böyük problemi həll etdi. Niyə “ən böyük problem” deyirəm? Çünki Qarabağ probleminin həlli beynəlxalq güclərin inhisarında idi. Buna baxmayaraq, İlham Əliyev bunu bacardı. Ona görə də nəyinki indiki, gələcək nəsillər də İlham Əliyevi minnətdarlıq hissi ilə yad edəcək.

O da həqiqətdir ki, Azərbaycanda ciddi problemlər var. Mən bu barədə ən azı yüz dəfə yazmışam. Seçkilərin total şəkildə saxtalaşdırılması, siyasi məhbuslar, mətbuata qeyri-rəsmi senzuranın tətbiqi, kütləvi korrupsiya, tayfabazlıq, regionçuluq, xalqın böyük bir hissəsinin səfalət həddində yaşaması... saymaqla qurtarmır ki. Ancaq bu problemlərin hamısının həlli Azərbaycanda mövcud olan siyasi elitanın əlindədir. Yəni biz özümüzdə təpər tapıb bu problemləri adam kimi aradan qaldırmaq istəsək, kimsə gəlib bizə mane olmayacaq. Ancaq Qarabağ probleminin həllinə hələ də dirəniş göstərən beynəlxalq güclər var. Hər şey çılpaqlığı ilə ortadadır...

Bildiyim odur ki, maksimalist yanaşmalardan, inkarçılıqdan, mız qoymaqdan qarşılıqlı şəkildə imtina etmək lazımdır. Əl-ələ verib ölkənin problemlərini həll etmək haqqında düşnməliyik.

Qarabağ problemini demək olar ki, həll etmişik. Əlbəttə, indi müharibə diplomatiya müstəvisində davam edir. Burda da ayıq-sayıq olmalıyıq.

44 günlük müharibədə qələbə çalmağımız alqışa layiqdir. Ancaq bu heç də o demək deyil ki, yerdə qalan problemləri gələcək nəsillərə ötürmək haqqına sahibik. Biz özümüzdən sonra gələn nəsillərə güclü, ədalətli, eyni zamanda firavan bir ölkə qoyub getməliyik...

Elbəyi Həsənli

Xəbər 2717 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +