Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.11.2021  19:20 

Məhkəmədə Mövlam Şixəliyevin ürəyi getdi





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şixəliyev bugünkü məhkəmə prosesində huşunu itirib.

XezerNews.az xəbərr verir ki, onun vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkilinə təcili yardım göstərildikdən sonra özünə gəlib. Bundan sonra proses təxirə salınıb.

Məhkəmə noyabrın 16-da davam etdiriləcək.

Vəkil bildirib ki, M.Şixəliyevin səhhəti onun həbsdə saxlanılmasına adekvat deyil: “Mövlam Şixəliyev dəfələrlə ürək əməliyyatı keçirib. Həbsdən əvvəl də ürək əməliyyatına hazırlaşırdı. Səmərəli məhkəmə araşdırması üçün onun ev dustaqlığına buraxılması zəruridir”.

Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.

Xəbər 2998 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +