İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


05.11.2021  17:00 

Binəqədidə “Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirildi - Fotolar





A+  A-

Noyabrın 4-də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirilib.

XezerNews.az xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərimizin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Madər Musayev, Kəmallədin Qafarov, Səbinə Xasayeva və Sadiq Qurbanov, Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru səlahiyyətlərini müvəqqəti əvəz edən Zeynal Rəşidli, bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir əvvəlcə Dövlət Himni səsləndikdən sonra Vətən torpağı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək açıq elan edilib.

Rəsmi hissədən öncə qonaqlar 44 günlük Vətən müharibəsində baş verən hadisələrin və 1 il ərzində Binəqədi rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin tanıtımına həsr olunmuş “Zəfər yolu” adlı video çarxı izləyib.

Giriş nitqi ilə çıxış edən Binəqədi RİH başçısı Elxan Allahverdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi Şanlı Qələbə - 8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək Vətən uğrunda canından keçərək ən uca zirvə- şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı ehtiramla yad etdiyini, qazilərimizə isə can sağlığı arzuladığını ifadə edib.

Daha sonra çıxış edən Vətən müharibəsi Şəhidi Bəhmənli Manafın anası Suray xanım və Vətən müharibəsi şəhidi Zeynalov Teymurun atası Tağı bəy çıxış edərək övladlarının yoxluğu ilə əziyyət çəkdiklərini ifadə etsələr də, övladları ilə fəxr etdiklərini, xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiklərini bildiriblər.

Sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkildikdən sonra qonaqlar və rayon ictimaiyyəti ilə birgə hər kəs açıq havada 8 Noyabr- Zəfər Gününə həsr edilmiş atəşfəşanlığı izləyiblər.
















Xəbər 1084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +