Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.11.2021  16:56 

Baş Prokurorluqdan hərbçinin zorakılığa məruz qalması ilə bağlı açıqlama





A+  A-

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciətinə rəsmi münasibət bildirilib.

XezerNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan Bakupost.az -a verilən məlumata görə, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilib.

Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Xəbər 3012 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +