Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.11.2021  16:33 

AXCP fəalı həbs olunub





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon təşkilatının üzvü Ramiz Cəfərov həbs olunub. Noyabrın 3-də Sabunçu Rayon Məhkəməsində onun haqqında 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

XezerNews.az xəbər verir ki, bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Cəbhəçi gənc polisin qanuni tələbinə tabe olmamaq ittihamıyla cəzalandırılsa da, üzvü olduğu partiya bu ittihamın saxta olduğunu bəyan edib.

“Ramiz Cəfərovu noyabrın 3-də səhər saatlarında polislər yaşadığl evdən götürüblər. Onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparıblar. Saxlanmasının səbəbi barədə ailəsinə də heç nə deməyiblər. Sonradan xəbər tutublar ki, onu məhkəməyə aparıb, orada hakimdən onun haqqında 25 sutkalıq həbs qərarı alıblar”, – partiyadan bildirilib.

AXCP bəyan edib ki, Ramiz Cəfərovun cəzalandırılmasının səbəbi onun sosial şəbəkələrdəki fəallığıyla bağlıdır: “Son zamanlar bu istiqamətdə inzibati həbslər artmaqdadır. Bu da hökumətin fərqli yanaşmaya, tənqidi fikrə, ifadə azadlığına dözümsüzlüyünü sübut edir”.

Ramiz Cəfərov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək.

Hazırda AXCP-nin on nəfərə yaxın fəalı həbsdədir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi mənsubiyyətinə görə təqib olunmadığını bildirir.

Xəbər 3067 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +