Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.11.2021  16:30 

Toplum TV-nin hesabına kiber hücum olub





A+  A-

Hüquqşünas Ələsgər Məmmədlinin təsisçisi olduğu Toplum TV-nin sosial şəbəkə hesabına kiber hücum olub.

Bu barədə Ə. Məmmədli məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında mobil telefon nömrəsi üzərindən feysbuk hesabına müdaxilə olunub: “Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Toplum TV-nin səhifəsinə müdaxilə edərək onun feysbuk səhifəsinin adı dəyişdirilib.

Eyni zamanda Toplum TV-də gedən AXCP və Müsavat Partiyası rəhbərləri ilə olan canlı müzakirələrin videoları silinib və təxminən 20 min nəfərinin bəyənilməsi ləğv edilib.

İnformasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edirəm”.

Ə.Məmmədli bildirib ki, hazırda TV-nin sosial şəbəkə hesabına idarəetməni bərpa ediblər: “Səhifənin adını da geri qaytardıq. Amma videoların bərpası mümkün olmadı. Buna görə də həmin videolar yenidən yayımlanacaq”. /“Qafqazinfo”/



Xəbər 3082 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +