Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.10.2021  13:44 

“Uşaqlara deyirdilər ki, bunun atası filankəsdir...”





A+  A-

Zaqatala rayonunun Yengiyan kəndində həyat yoldaşını balta ilə öldürən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə araşdırması zamanı hadisənin bir çox təfərrüatı üzə çıxıb. Məlum olub ki, qətli törədən şəxsin psixi porblemləri olub.

XezerNews.az xəbər verir ki, 50 yaşlı Fazil İsmayılov 52 yaşlı həyat yoldaşı Zalxa İsmayılovanı qətlə yetirməkdə ittiham edilir. 4 uşaq anası başından aldığı balta zərbələri nəticəsində dünyasını dəyişib.

İstintaq zamanı müəyyən edilib ki, Fazil İsmayılov “Depressiv tipli şizoaffektiv pozuntu” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə olub. O, bu xəstəlikdən uzun müddət imiş ki, əziyyət çəkirmiş.

Son günlər izə onun səhhəti daha da pisləşib. Həyat yoldaşı ilə bağda işləyərkən onu qətlə yetirib. Səbəb isə həyat yoldaşının bir neçə gün əvvəl ondan boşanmaq istədiyini deməsi, kənddə bəzi şəxslərin onu və uşaqlarını ələ salmasından bezməsi olub.

Fazil İsmayılov həkim nəzarətində və ailə üzvlərinin iştirakı ilə dindirilərkən baş verənləri danışıb.

Müttəhim deyib ki, illər əvvəl başında ağrılar olub. Bacısıgil onu həkimə aparıb. Müalicələr bir müddət effekt versə də, sonradan səhhəti pisləşməyə başlayıb. Öz-özünə ya dəlixanaya salınacağını, ya da həbs ediləcəyini düşünərək həyəcan keçirirmiş.

Fazil İsmayılov bildirib ki, hadisədən təxminən bir il əvvəl kənd sakini olan Rəcəb adlı şəxs çayxanada insanların gözü önündə onu təhqir edib, ələ salıb.

İnsanların ona gülməsinə görə çox pis olduğunu deyən Fazil İsmayılov qeyd edib ki, bu hadisədən sonra kənddə uşaqlarını da ələ salıblar.

“Uşaqlara deyirdilər ki, bunun atası filankəsdir... Mən də özümü pis hiss edirdim. Düşünürdüm ki, uşaqlarımı evləndirə bilməyəcəm. Hər gün tənhalıqda oturub düşünürdüm. Bütün bədənim əsməyə başlayırdı. Qardaşım da nə olduğunu soruşanda heç nə demirdim. Müharibədən sonra isə vəziyyətim çox pisləşdi. O qədər gərgin olurdum ki, özümü idarə edə bilmirdim. İstəyirdim ki, hər şeyi dağıdım, sındırım”- deyə F.İsamyılov ifadəsinə əlavə edib.

Hadisə günü baş verənlər haqda danışan F.İsmayılov söyləyib ki, səhər yeməyi yedikdən sonra arvadı ilə birlikdə heyvanları sağıb, sonra da bir yerdə fındıq sahəsinə gediblər.

F.İsmayılov həmin zaman ani olaraq kəndçisi Rəcəbin kafedə dediyi sözlər onun yadına düşüb. Əsəbləşib və arvadının 2-3 gün əvvəl “dəlisən, boşanacam” deməsini də düşünərək onu öldürmək qərarına gəlib.

“Zalxanın məndən boşanıb başqa kişiyə getməsini düşündüm. Dedim ki, onu öldürüb sonra da intihar edib tam rahat olaram”- deyə F.İsmayılov bildirib.

Qətli törədəndən sonra intihar etmək üçün ip tapmağa görə kəndə qayıtdığını deyən F.İmsayılov bildirib ki, yolda bir neçə kəndçisi ilə rastlaşıb.

Sonra Şahvələd adlı polis əməkdaşı ilə rastlaşan F.İsmayılov təslim olub: “Şahvələdlə söhbət edəndə mənə qətl törətdiyimi, baltanı yerə qoymağımı dedi. Mən də baltanı yerə qoydum, amma qətli etiraf etmək istəmirdim. Sonra necə olduğunu danışdım”.

Məhkəmədə F.İsmayılovun yaxınları və ailə üzvləri dindiriliblər. Onlar mərhumla F.İsmayılov arasında münasibətlərin normal olduğunu, heç zaman problem yaşamadıqlarını söyləyiblər.

Ailə üzvlərinin dediyinə görə, F.İsmayılov hərbi xidmətdə də olmayıb. Buna səbəb səhhətində olan problemlər imiş.

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilib ki, İsmayılov “Depressiv tipli şizoaffektiv pozuntu” formasında psixi pozutundan əziyyət çəkir.

Müəyyən edilib ki, o cinayəti törədərkən “Depressiv tipli şizoaffektiv pozuntu” kimi psixi pozuntu keçirib.

Belə ki, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb.

Məhkəmə tərəfləri dinlədikdən sonra elan etdiyi hökmdə göstərir ki, F.İsmayılovun bu cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilmiş hesab olunur.

Buna görə də onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib və Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib./Musavat.com /

Xəbər 2558 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +