Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.10.2021  22:04 

Dua və şükür zamanı əlləri niyə göyə qaldırırıq?





A+  A-

Allah cisim deyil, Onun ölçüləri yoxdur, deməli, məkansızdır. Allah məkanı və zamanı Özü yaradıb, bütün maddi varlıqları məkan və zaman məhdudiyyətinə tabe edib. Onun Özü isə zamanın və məkanın fövqündə durur.

Allah konkret olaraq heç yerdə deyil, bununla belə, hər yerdədir. O, bütün varlıq aləmini əhatə edib: “Şərq də, Qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz (üz tutsanız), Allah oradadır” (Bəqərə, 115).

Belə bir sual yaranır: Əgər Allah məkansızdırsa, niyə insanlar çox vaxt Allahı səmada təsəvvür edirlər, dua edəndə əllərini yuxarı qaldırırlar?

Bu hərəkətlər insandakı qeyri-iradi instinktiv düşüncədən irəli gəlir. Bəşər təfəkküründə yuxarı həmişə hakimiyyət, güc və əzəmət məkanı kimi qəbul edilir. Əksinə, aşağı – rəzalətin, zəifliyin, tabeçiliyin məkanı kimi qavranılır. Ona görə də, insan Allahı özündən yüksəkdə (həm mənəvi, həm də maddi mənada) “görür”.

Dua edən zaman əlləri səmaya qaldırmaq, səmaya baxmaq qətiyyən günah deyil. Bəzən insanlar öz dini biliklərinin azlığı üzündən “göydəki Allaha and olsun” kimi ifadələr işlədirlər. Bu sözü küfr kimi qəbul etmək düzgün deyil, həmin şəxsə yumşaq dillə, anlaşıqlı şəkildə səhv etdiyini başa salmaq lazımdır.

Mənbə: islam.az

Xəbər 4506 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +