Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.10.2021  21:09 

Ərdoğandan Əliyevə: “Bu hər igidin, hər siyasətçinin işi deyil”





A+  A-

“Bu gün etdiyimiz səfər zamanı Azərbaycandakı işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil”.

XezerNews xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib ki, bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək buralardan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarımıza bir müjdədir. “İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa müddətdə son dərəcə gözəl bir şəkildə inşa edilən, bərpa olunan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti bildirib ki, Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir.

Təməli qoyulan layihələrin, tunellərin, avtomobil yollarının bölgədə görülən işlərin miqyasını göstərmək baxımından çox önəmli olduğunu qeyd edən Türkiyə Prezidenti deyib:

“Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Podratçı firmaların işi ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”.

Xəbər 2835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +