Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.10.2021  18:15 

Rusiya Telman İsmayılovdan əl çəkmir





A+  A-

Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun Monteneqro tərəfindən Rusiyaya təhvil verilməsi ilə əlaqədar açılan cinayət işində əlavə tədbirlər görməyi tapşırıb.

XezerNews.az APA-ya istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin saytında məlumat verilib.

İsmayılova sığınacaq verilməsi ilə bağlı qərarı cümə günü Monteneqronun Daxili İşlər Nazirliyi qəbul edib, və onun istintaq təcridxanasından azad edilməsinə qərar verilib.

Rusiya Federasiyası İstintaq Komitəsinin saytında verilən məlumata görə, İsmayılova siyasi sığınacaq verilməsi ilə əlaqədar onun ədalət mühakiməsinin həyata keçirilməsi üçün Rusiya Federasiyasına ekstradisiyası mümkün deyil. Bundan əvvəl Bastrıkin, İsmayılovun təhvil verilməməsinin əsasları barədə məlumat verməyi tapşırmışdı.

Sayta bildirilir ki, Rusiya İstintaq Komitəsinin sədri, Rusiya İstintaq Komitəsinin beynəlxalq hüquq şöbəsinə Baş Prokurorluq və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə birlikdə İsmayılovu Rusiya Federasiyasına ekstradisiya etmək üçün əlavə tədbirlər görməyi tapşırıb. Məlumatda onun ağır və xüsusilə ağır cinayətlər törətməsi vurğulanır. Eyni zamanda bildirilir ki, hal -hazırda, Rusiya İstintaq Komitəsinə İsmayılovun ekstradisiyası ilə bağlı Monteneqronun səlahiyyətli orqanlarından rəsmi sənədlər hələ daxil olmayıb.

Bundan başqa, Bastrykin cinayət işi üzrə təqsirləndirilən şəxslərin axtarışının təşkilində səmərəli işlərə görə İnterpol əməkdaşlarına Telman İsmayılovu saxladıqlarına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.

Telman İsmayılovun vəkili isə yerli "Vijesti" nəşrinə bildirib ki, məşhur azərbaycanlı biznesmen artıq Monteneqroda siyasi sığınacaq alıb.

Nəşrin yazdığına görə, T.İsmayılov artıq istintaq təcridxanasından buraxılıb.

Xəbər 2992 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +