“Əlillik dərəcəsi almaq üçün 2000 manat istədilər”
Yens Stoltenberq Moskvaya xəbərdarlıq edib
Əvəz Həsənov dəfn edildi - Fotolar
5000 ədəd “Manchester“ müsadirə edildi
Lukaşenko Əliyevə zəng etdi
Nazir beynəlxalq aləmdən dəstək istədi
Polisə müqavimət göstərdi, həbs olundu - Foto
Sərnişin sürücünün başını yardı - Avtobusda dava
Paytaxtda küçə ticarəti qadağan olunur - REYD/Foto
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb


23.10.2021  14:32 

NATO-nun gizli Rusiya planı





A+  A-

Əfqanıstandan biabırçı qaçışdan sonra oktyabrın 21-22-də Brüsseldə ilk dəfə bir araya gələn NATO müdafiə nazirləri hərbi alyansın Rusiyadan potensial təcavüzə qarşı gizli planını qəbul ediblər.

Şimali Atlantika Blokunda kimsə rus təhdidinin ciddiliyinə şübhə etmir və yeni strategiya alyansın şərq cinahında - Baltik və Qara dəniz regionlarında nüvə silahı, kiberhücum və kosmik sistemlərdən istifadə ilə eynivaxtlı həmlələrə qarşı NATO-nun hazırlığını, HHM və RƏM sistemlərinin gücləndirilməsini nəzərdə tutur. Həmçinin 1 milyard avro həcmində NATO İnvestisiya Fondunun yaradılması qərara alınıb.

NATO-Rusiya münasibətləri soyuq müharibə sonrasının bəlkə də ən kritik dönəmini yaşayır. Bazar ertəsi Moskva faktiki olaraq hərbi alyansla əlaqələrini dayandırıb, NATO yanındakı nümayəndəliyini qeyri-müəyyən müddətə bağlayıb. Putin isə bu günlərdə Valday diskussiya klubunun videokonfransında NATO-Ukrayna münasibətlərinə qarşı təhdidvari bəyanat vermişdi:

"Ukraynanın NATO-ya rəsmən üzv seçilməsi bəlkə də, baş tutmayacaq. Amma ərazinin hərbi cəhətdən mənimsənilməsi prosesi artıq gedir. Bu, həqiqətən də Rusiya Federasiyası üçün təhlükə yaradır. Biz bunun fərqindəyik..."

NATO-nun Baş katibi Yens Stoltenberq bu bəyanata belə reaksiya verdi ki, Moskva Ukraynanın NATO üzvlüyündən narahat olmasın, çünki NATO “müdafiə alyansıdır", Ukrayna isə “müstəqil və suveren dövlət kimi özünün inkişaf istiqamətini seçmək hüququna malikdir”.

Amma məsələ NATO-nun “hücum və ya müdafiə alyansı” olmasında deyil. Putin üçün təhlükə bundadır ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiyaya bilavasitə təhlükədən daha çox, Rusiyanın arxa bağçası saydığı postsovet məkanı ilə bağlı ambisayalı planlarını təhdid edir və ya pozur.

Moskva əslində “Rusiyaya təhlükə”dən danışarkən nüfuz dairəsinə müdaxiləni nəzərdə tutur. Kreml ideoloqlarına görə, təsir dairəsini itirən Rusiya yalnız qlobal çağırışlar qarşısında aciz qalmayacaq, ekzistensial problemlə də üzləşəcək – yəni, Rusiyanın dağılması prosesi qaçılmaz ola bilər.

NATO-nun yeni gizli planı Moskvanın diqqətini qərb istiqamətinə yönəltməyə məcbur edəcək. Rusiyanın başı başqa yönlərdə nə qədər çox qarışsa, Rusiyanın cənub qonşuları üçün o qədər yaxşıdır.

Qəzənfər Həmidoğlu

Xəbər 975 dəfə oxunub.



27.11.2021  21:28 

Şəriət nədir?

27.11.2021  16:11 

Lukaşenko Əliyevə zəng etdi

27.11.2021  13:19 

Sabah yaz havası olacaq

27.11.2021  09:17 

Xəzərdə zəlzələ olub - 3.4 bal

27.11.2021  08:52 

Daha bir gənc intihar etdi


BÜTÜN XƏBƏRLƏR +