İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


19.10.2021  13:36 

MTN əməkdaşlarının 7 milyonluq mülkləri üzə çıxdı - SİYAHI





A+  A-

Ləğv edilmiş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

XezerNews Musavat.com-a istinadən xəbər verir ki, işə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Cinayət işi materiallarında 14 milyon rüşvət almaqda ittiham olunan Mövlam Şıxəliyevin və ailə üzvlərinin üzərinə həbs qoyulan əmlaklarının siyahısı yer alıb.

Mövlam Şıxəliyevin öz adına olan əmlaklar:

- Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Dəyəri 482 000 manat.

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 770 609 manat.

- Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kvadratmetr sahəsi olan zirzəmi. Dəyəri 35 500 manat.

- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 974 600 manat.

- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 214 000 manat.

- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 31 500 manat.

- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat.

Generalın həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına olan əmlaklar:

- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat.

- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat.

- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat.

- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat.

- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 452 000 manat.

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 535 653 manat.

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 738 711 manat.

Qızı Samirə Əliyevanın adına olan əmlaklar:

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 650 719 manat.

- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 257 172 manat.

- Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat.

Oğlu Elgün Şıxəliyevin adına olan mülklər:

- Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 360 000 manat.

- Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 714 985 manat.

Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədovun əmlakları:

- Dəyəri 102 min 200 manat olan Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı ev.

- Dəyəri 104 min 400 manat olan Nərimanov rayonu, Koroğlu Təhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzil.

- Qohumu Fərid Məmmədovun adına rəsmişəldirilmiş 72 min manat dəyərində Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 12 hektar torpaq sahəsi.

Qeyd edək ki, cinayət işi üzrə 32 zərərçəkmiş var.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Xəbər 1284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +