Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


13.10.2021  15:55 

“50 manata pasport satan həkimi həbs edirlər, adam öldürəni isə yox” - Elçin Zahiroğlu





A+  A-

İTV-də yayınlanan “Sabaha Saxlamayaq” verilişinin budəfəki buraxılışı həkim-pasiyent münasinətlərinə həsr olunub.

Son bir həftədə iki uşağın əməliyyat zamanı vəfat etməsi və onların valideyinlərinin tanınmış uşaq cərrahı Elnur Həsənovu məhkəməyə verməsi bu problemi yenidən gündəmə gətirib.

“Sabaha Saxlamayaq”da məsələnin kökündə duran əsas amillər və çıxış yolları barədə müzakirə aparılıb.


XəzərNews.az xəbər verir ki, verilişdə qonaq qismində çıxış edən Medicina.az saytının təsisçisi Elçin Zahiroğlu bəzi həkimlərin, xüsusən də cərrahların xəstələr və xəstə yaxınlarına münasibətində ciddi problemlərin olduğundan bəhs edib:

“Mən təəssüf edirəm ki, bu problemlər Elnur Həsənov üzərindən aparılır. Çünki o, doğrudan da, öz sahəsinin uzmanıdır, peşəkardır və neçə-neçə uşağı ölümdən xilas edib. Amma ümumilikdə götürəndə cərrah-pasiyent münasibətlərində ciddi problemlər var. Həkimlərin xəstə və xəstə yaxınları ilə dialoqu demək olar ki, baş tutmur. Əməliyyatdan əvvəl söhbət olur, əməliyyat sonrası isə həkimi tapmaq müşkülə çevrilir. Uzaqbaşı həkimin köməkçiləri ilə danışmaq mümkün olur. Onlar da əksər vaxtı tibb təhsili olmayan adamlardı - yəni şablon cavablar verirlər. Bu da narazılığa, bəzən həkimdən yersiz şikayətlərə gətirib çıxarır.

Ümumiyyətlə, həkimlərin pasiyentlərlə danışıq tərzi, onların münasibəti çox vaxt inanılmaz dərəcədə sərt, hətta hörmətsizlik səviyyəsində olur. Mənə elə gəlir ki, bəzi sahələrdə olduğu kimi, tibb sahəsində də həkimlərin işə qəbulu zamanı onları psixoloji durumu yoxlanılmalıdır. Tibb müəssisələri zəhmət çəkib vaxtaşırı həkimlərə onların pasiyentlərlə davranış qaydaları barədə söhbətlər aparmalıdır, təlimlər keçməlidir. Çünki bəzi həkimlərin danışıq tərzi, onların davranışları adekvat olmur. Ya işlərinin çoxluğundan, ya xəstə yaxınlarının tələblərinin artıqlığından, onların davranışları ciddi problemlərə gətirib çıxarır. Yaxınlarını itirmiş şəxslərə məsələlər doğru-düzgün izah edilsə, bəlkə də onlar şikayətçi olmazlar. Axı bəzən şikayətlərin heç də hamısı əsaslı olmur. Ölüm halları çox vaxt doğrudan da həkimin günahı, səhvi və ya səhlənkarlığı ucbatından baş vermir”.

Elçin Zahiroğlu bildirib ki, Azərbaycanda pasiyentlərin hüquqlarının qorunması ilə bağlı ciddi problemlər mövcuddur:

“Bu sahədə nə qanunlarımız təkmildir, nə də bu sahədə hansısa nüfuzlu ictimai təşkilat var. Başqa ölkələrdə tibb müəssisələrində xəstə yaxınları ilə söhbət etmək, onların qayğısına qalmaq, suallarını müfəssəl şəkildə cavablandırmaq üçün ayrıca şöbələr var. Bizdə isə bunların heç biri yoxdur. Ola bilər ki, həkimin işi çoxdur, vaxtı çatmır. Amma mütləq məsul bir şəxs suallara cavab verməlidir, xəstənin durumu ilə bağlı yaxınları vaxtında məlumatlandırılmalıdır. Bu, Səhiyyə Nazirliyinin də tələbidir. Həkimlərin etik davranış qaydalarında bir bənd məhz buna aiddir. Orada göstərilir ki, xəstə yaxınlarının suallarına cavab verməsi, onlara vaxtında məlumat verməsi həkimin borcudur”.

Sayt rəhbəri həkimlərlə bağlı verilən şikayətlərin çox vaxt obyektiv aparılmadığını da dilə gətirib:

“Həkimlərədn verilən şikayətlərin çox vaxt heç bir effekti olmur. Bunla bağlı statistika aparılsa, biabırçı bir nəticə ortaya çıxar. Şikayətlərin neçə faizi tibbi ekspertiza tərəfindən əsaslı hesab olunub və o əsaslı hesab olunan rəylərin neçəsi prokurorluq və ya məhkəmə tərəfindən həkimlərin cəzalanması ilə nəticələnib? Bu statistika olduqca maraqlıdır. Təsəvvür edin ki, son aylar 50-100 manat saxta peyvənd satan onlarla həkim həbs olunub, amma adam ölümünə görə son illər bir dənə də həbsə rast gəlməmişik. Saxta peyvənd satanlara qarşı mübarizənin məntiqi pandemiyanın yayılması və insan sağlamlığına qarşı təhlükədir. Buna görə həmin şəxslərə qarşı ciddi tədbir görülür. Hər-halda sağlamlığa təhdid adam olümündən ağır cinayət deyil”.

Jurnalist baş verən hər bir ölüm hadisəsinə görə həkimin prokurorluqda sorğu-suala çəkilməsinin düzgün olmadığını vurğulayıb:


“Mütləq müəyyən edilməlidir ki, hadisə necə baş verib. Burda həkimin günahı varmı? Varsa bu nədir: həkim səhvi, həkim səhlənkarlığı, yoxsa həkim cinayəti? Bunu da xüsusi komissiya müəyyən etməlidir. Əgər günah varsa, prokurorluq onu araşdırmalıdır. Yoxsa hər ölmə görə həkimin prokurorluğa çağırılması, dindirilməsi düzgün deyil. Bu, həkimlərin fəaliyyətinə ciddi problemlər yaradır. Onlar bəzən buna görə ağır xəstələri əməliyyat etməkdən imtina edirlər, psixoloji sarsıntı keçirirlər”.

Xəbər 1819 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +