Saakaşvili xəstəxanaya yerləşdirilməlidi
Hacı İlqar İbrahimoğlu saxlanıldı - Yenilənib
Elnur Əşrəfoğlu vəfat etdi
“Azyaşlını zorlayan niyə azaddır?” - Aksiya
Koronavirusa yoluxanların sayı artı - 2102 nəfər
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
Zalmay Xəlilzadə istefa verib
Kukla Teatrının direktoru işdən çıxarıldı
9 ayda 60,9 milyon manat güzəştli kredit verilib
Metro və avtobuslarda gediş haqqı 1 manat olacaq?


13.10.2021  13:21 

İran yarımgizli danışıqlarda Səudiyyədən nə xahiş edir?





A+  A-

Ötən ay Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı cizgi olmasının rəsmi Tehran tərəfindən təkrar elan edilməsi, Ermənistanın sərhəd toxunulmazlığını qorumaq üçün Azərbaycanla müharibəyə hazır olduqlarının ali dini lider də daxil olmaqla az qala bütün İran rəsmiləri tərəfindən bəyan edilməsi ilə başlayan diplomatik gərginliyin ilk günlərində “Keyhan” qəzetinin baş redaktoru, “üsulgərayan” ların (radikal mühafizəkarların) sözçüsü sayılan Hüseyn Şəriətmədarinin “Fars” İnformasiya Agentliyində müsahibəsi getmişdi. O, Azərbaycan dövləti əleyhinə çoxsaylı ittihamlar səsləndirdikən sonra edirdi ki, Səudiyyə Ərəbistanı İsraillə birgə “Azerbaijan İnternational” adlı media şəbəkəsi işə salmağa hazırlaşır. Və bu şəbəkə də eyni əməkdaşlıqla 2017-ci ildən fəaliyyət göstərən “Iran International” kimi anti-İran xarakterli olacaq. (“Iran International” peyk kanalıdır, əsasən İranda etnomədni hüquqlar, dini azlıqlar, LGBT, qadın hüquqları, sosial və siyasi sahədə mövcud olan problemləri işıqlandırır). H. Şəriətmədari iddia edirdi ki, “Azerbaijan İnternational” İranın azəri vilayətlərində separatizimi körükləməyə çalışacaq. İranda separatizmin yayılmasına cəhd göstərilməsi isə “Azərbaycan Respublikası əhalisi arasında İrana birləşmək istəyənlərin sıralarını genişləndirir”(əlavə məlumat üçün link şərh bölməsində).

Bu iddia qızışdırlan süni gərginliyi “vəhhabilərə” , “Tağut Al Səud ailəsi”nə qarşı barışmaz mübarizə zərurəti kimi təqdim etməklə İranda, eləcə də Azərbaycanda yaşayan dindarların müəyyən kəsimi arasında öz əməllərinə haqq qazandırmaq üçün ilk dövrlər geniş istifadə olundu. Lakin qəfidlən dövriyyədən çıxarılaraq təbliğat aparatının toz basmış bir küncünə atıldı.

Səbəb indi aydın olur: İran diplomatik baxımdan bölgədə təklənməkdən yayınmaq məqsədilə Rusiya və Türkiyə ilə paralel Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır. Danışıqlar masasında İranın əsas tələblərində biri də müxalifətin və İran əleyhinə media quruluşlarının dəstəklənməməsi olub. İran talibanına( radikal dini hövzə tələbələrinə) yaxın KİV-lərdən biri xəbər verir ki, danışıqlarda hər iki tərəfin bir-birinə qarşı informasiya müharibəsini dayandırması müzakirə edilib. İran Sistan, Bəlucistan və Əhvazın dini(sünni) və etnik müxalifətini , ”İran İnternational”, Əhvaz ərəblərinin KİV-ləri və digər “anti-İran nəşrləri” maliyyələşdirməməyi xahiş edib.

Qeyd edək ki, ilk günlər gərginliklə bağlı Səudiyyə mərkəzli nəşrlər çoxsaylı yazılar verir, əsasən obyektiv (Azərbaycanın lehinə mövqe tuturdusa( təkcə “Asharq-al-ausat”da 10-yaxın təhlili yazı), danışıqlar intensivləşdikdən sonra yazıların intensivliyi kəskin aşağı düşdü.

Hələ ötən il dekabrında məşhur "şeir qalmaqalı" ilə bağlı yazıda İranın mühacir fəallara, ilk növbədə Cənubi Azərbaycan əsili mühacirlərə və onların media imkanlarına qarşı yeni "əcinnə ovu" başladacağını proqnoz etmişdik(link şərhdə). Görünür, bunun bir yolu da mümkün maliyyə imkanlarının qapadılmasıdır. Amma İran buna hansı güzəştlər hesabına nail olmaq istəyir? Və İranda qeyri-fars vialyətlərinin mərkəzdən qaçma təhlükəsi bu qədərmi güclüdür ki, açılacaq bir telekanal o meyilləri qızışdırmağa qabil olsun? Heç çar hökuməti bolşevik “İskra"sından bu qədər qorxuya düşməmişdi.

Cəmaləddin Quliyev

Xəbər 457 dəfə oxunub.




19.10.2021  20:15 

Elnur Əşrəfoğlu vəfat etdi

19.10.2021  15:09 

Zalmay Xəlilzadə istefa verib

19.10.2021  12:28 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +