Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


11.10.2021  22:07 

Adları “Pandora dosyesi”ndə hallananlar: Gəlirlərini gizlədiblər





A+  A-

Xosep Qvardiola ilə Karlo Ançelottinin adları "Pandora dosyesi”ndə hallanır. PSJ-nin futbolçusu Di Mariya da saxta şirkət vasitəsilə vergidən yayınıb.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) dünyanın minlərlə varlı insanının ofşor zonalarda olan hesabları ilə bağlı "Pandora dosyesi”ni (Pandora Papers) dərc edib. Siyahıda futbol dünyasından da üç nəfərin adı var: Xosep Qvardiola, Karlo Ançelotti və Anxel Di Maria.

"Pandora dosyesi” nədir?

Bu dosye Panama, Britaniyanın Vircin adaları və Baham adaları kimi ölkələrdə çirkli vəsaitin "yuyulması” xidmətləri göstərən 14 şirkətin məlumatlarının təhlilinə əsaslanan araşdırmadır. Müstəntiqlərin əldə etdikləri məlumatlarda 200-dən çox ölkədən olan iş adamlarının, siyasətçilərin, ulduzların, idmançıların, kral ailələrinin üzvlərinin və dini qrupların liderlərinin vergidən yayınmaları haqqında məlumatlar var. Təxminən 2 il ərzində 11,9 milyondan çox fayl araşdırılıb. Ən çox məlumat isə İngiltərə, Rusiya, Braziliya, Argentina və Çindən gəlib.

Qvardiolanın Andorradakı hesabı

"Mançester Siti"nin baş məşqçisinin adı ofşor xidmətləri göstərən "Alcoqal” hüquq firmasının siyahısındadır: bu firma Panamanın "Repox Investments” ofşor firmasının qanuni nümayəndəsi kimi siyahıya alınmışdır. 2007-ci ilin fevralında yaradılıb. Araşdırmalar nəticəsində bəlli olub ki, bu şirkəti yaratmağı Andorradakı "Banca Privada d`Andorra” (BPA) bankı təklif edib. Bu bankda Pep üçün depozit hesabı açılmışdı. Həmin vaxt bu ölkənin banklarının müştərilərin kimliyini gizlətmək üçün saxta şirkətlər yaratması adi hal idi.

Qətərdə qazandı, amnistiya "təmizlədi”

Həmin banka Qvardiolanın Qətərin "Əl-Əhli” klubunda çıxış etdiyi vaxt (2003-2005) aldığı vəsait daxil olub. Pep bu ölkədə mövsümə 2 milyon avrodan çox məvacib alıb. Məşqçinin vergi məsləhətçisi bildirib ki, Andorra vətəndaşı olmadığı üçün bu ölkənin banklarında saxlanılan vəsait vergiyə cəlb edilməyəcək. Həmin vaxt bu vəsaiti İspaniyada saxlamaq əlverişli sayılmırdı. Çünki İspaniya Vergi Agentliyi Pepi vergi bəyannaməsi verməyə məcbur edə bilərdi. Baxmayaraq ki, o, ərəb ölkəsində yaşayır və işləyirdi. Bu vəsait 2012-ci ilə qədər Andorra bankında saxlanılıb. Bu müddətdə vəsaitdən alınan faizlər barədə İspaniya Vergi Agentliyinə heç bir məlumat verilməyib. Həmin ilin aprelində İspaniya hakimiyyəti vergi amnistiyası elan edən qanun layihəsini təsdiqləyib. Qvardiola bu amnistiyadan yararlanan 30 min insandan biri olub.

Ançelottinin 25 milyonluq imic hüququ

"Real”ın baş məşqçisi Karlo Ançelotti sənədlərdə Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş və Londonda yerləşən "Appledore Wealth Management” firması tərəfindən idarə olunan "Vapia Limited”in müştərisi kimi göstərilib. Araşdırmalara görə, bu şirkət Ançelottinin 25 milyon avro dəyərində olan imic hüquqlarını idarə etmək üçün yaradılıb.

1 milyon avroluq etiraf

İspaniyada Ançelottinin 2013-2015-ci illərdə törətdiyi vergi cinayətləri haqda uzun müddətdir ki, araşdırma aparılır. Bu ilin iyununda italyan mütəxəssis 1 milyon avrodan çox vəsaiti vergidən yayındırdığını etiraf etdi. O, bu məbləği vergi idarəsinə ödədi və məhkəmədə bildirdi ki, məqsədi vergidən yayınmaq olmayıb, sadəcə pis məsləhət alıb. Amma məsələ bununla bitmir. Müstəntiqlər Ançelottini imic hüququndan əldə etdiyi vəsaiti vergi bəyannaməsindən gizlətməkdə də ittiham edirlər.

Yeganə sahib

Argentinalı futbolçu Anxel Di Mariya 2009-cu ildə imic hüquqlarını idarə etmək üçün Panamada yaradılan şirkətin yeganə sahibidir. Ofşor şirkəti "Sunpex Corporation Inc” reklam gəlirlərini qəbul edib. O cümlədən "Adidas” və "Coca-Cola” kimi iri şirkətlərdən gələn vəsaiti də. Maliyyə aktivləri isə İsveçrədəki bank hesabından idarə edilib. Bu hesaba dollar, avro və funt sterlinqlə, təxminən 1,5 milyon vəsait yığılıb. 2016-cı ilin sonunda isə "Sunpex”in ümumi aktivləri 9,5 milyon dollara çatıb.

Özünün xəbəri olmayıb?

Futbolçunun yaxınları bildirirlər ki, saxta şirkətin açılması mühasibin tövsiyəsi ilə olub. Bunun İspaniya qanunlarına zidd olduğundan (həmin vaxt Di Mariya "Real”da çıxış edirdi) isə futbolçu məlumatsız olub. "Sunpex” hələ də Di Mariyanın bütün imic hüquqlarına sahibdir. Amma futbolçu 2015-ci ildən bəri Fransada qazandığı vəsaitə görə vergi ödəyir. Ən azından argentinalının yaxın ətrafı bunu iddia edir. İndiki halda, heç bir zərər olmadan saxta şirkəti ləğv etmək mümkün deyil. Belə olacağı təqdirdə isə ofşor zonada olan vəsait onun şəxsi aktivlərinə daxil olacaq ki, futbolçu da bu vəsaitin 20 faizini Fransanın vergi orqanına ödəməli olacaq.

Tural MUXTAR

Xəbər 1263 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +