Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


10.10.2021  22:47 

Hacı Məhərrəm kürəkənini həbsdən azad edə biləcəkmi?





A+  A-

"Qurtuluş-93” kompleksinin sahibinin kürəkəni məhkəmə qarşısında: 12 ilə qədər həbs cəzası gözləyir

Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə araşdırmaları başlayır. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu, kompleksin satış müdiri olmuş Elşad Kəlbəliyevdən gedir.

Elşad Kəlbəliyevin haqqında cinayət işinin istintaqı yekunlaşıb. İş materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu işi İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Sözügedən yol qəzası iyunun 14-də gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus "Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi "Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olmuş Ələsgər Əliyev isə xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra polis idarəsinə aparılıblar.

Bu qəza ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı Elşad Kəlbəliyevə məxsus avtomobildə sükan arxasında Ələsgər Əliyevin olduğu bildirilirdi. Lakin sonradan "Range Rover”i avtomobil sahibinin özünün idarə etdiyi məlum oldu. Üstəlik, Elşad Kəlbəliyevin həmin vaxt sərxoş olduğu da aydınlaşıb.

Elşad Kəlbəliyev 2010-cu ildə yaradılan və 2020-ci ildə fəaliyyətini dayandıran "Əlicə” futbol klubunun da prezidenti olub. Bu klubun təsisçisi də onun qayınatası idi./RealMedia.az/


Xəbər 1411 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +