Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


08.10.2021  17:13 

Milli Kitab Sərgisindən reportaj: Buradan heç kim əliboş getmir... - FOTO





A+  A-

Oktyabrın 1-dən Azərbaycanda Milli Kitab Sərgisi keçirilir. 10 gün davam edəcək tədbir artıq 1 həftəsini geridə qoyub.

Sərginin təşkil olunduğu məkana - Bakı Əl Oyunları Sarayına daxil olduqda ilk tarçalan oğlan diqqət çəkir. Onun ifası salonda fərqli ab-hava yaradır.

Adı kitab sərgisi olsa da, burada kosmetik, tikiş, aksesuar kimi məhsullar da satışa çıxarılıb.

Sərgiyə gələn kiçik sahibkarlar da yaradılmış şəraitdən razı olduqlarını bildirirlər.
Tədbirin təşkilatçısı, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyir ki, bu günə qədər müxtəlif yerlərdə - küçələrdə, parklarda, universitetlərdə kitab sərgisi təşkil etsələr də, budəfəki tədbir digərlərindən fərqlənir.

Onun sözlərinə görə, təxminən 1000 kv ərazini əhatə edən sərgidə müxtəlif sahibkarlar öz məhsullarını təqdim edir: “Burada çox doğma mühit yaratmağa çalışmışıq: sənətçilər, yazıçılar var. Kimisi əl işlərini satmağa gəlib, kimisi də kitablarını. Əsas məqsəd ölkədə sərgi mədəniyyətini formalaşdırmaqdır”.

Sərgiyə qatılan sahibkarların sözlərinə görə, tədbirə maraq daha çox həftəsonları olur. İnsanlar həftəiçi məşğul olduqlarından istirahət günü gəlməyə üstünlük verirlər.
Sərgidə müxtəlif yaşda və statusda olan insanlar var: yaşlı, cavan, subay, ailəli...
Amma kitab satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, alıcılar daha çox tələbələrdir.

Onlardan biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyan İlkin Vəliyevdir. O, bu gün hələlik 4 kitab alıb. Kitabların qiyməti 7 manata başa gəlib. Gənc kitabsevər bu dəfə Aqşin Yenisey, Əli Kərim, Qaraqan və Salam Qədirzadənin əsərlərini ala bilib.

İlkin təqaüd almasa da, kitab qiymətlərinin büdcəsinə uyğun olduğunu deyir: “ Kitab dəyərli olduqdan sonra qiymətin bir önəmi qalmır. Kitaba verilən pul heç vaxt boşa getmir”.

Yeri düşmüşkən, kitabların qiyməti də müxtəlifdir - 1 manatdan 25 manata qədər.
Gördüyümüz qədəri ilə qiyməti bir manat olan kitablar daha çox kiril əlifbası ilə çap olunan, nazik, nisbətən daha köhnə olanlardır.



Şahbaz Xuduoğlunun sözlərinə görə, qiymətləri münasib etməyə çalışıblar ki, bu sərgidən hər iki tərəf - alan da, satan da qazanclı çıxsın: “Əlbəttə, qiymət ucuz olanda tələbat çox olur. Amma bundan ucuz olması mümkün deyil. Hər halda istəyirik ki, burda olan kitablar burda da satılıb qurtarsın. Kitabları geriyə qaytarmaq istəmirik”.
Təşkilatçı sərginin təkcə kommersiya məqsədi ilə keçirilmədiyini, eyni zamanda kitab oxumaq ənənəsinin formalaşdırılmasına, maarifçiliyə xidmət etdiyini də vurğulayır.
Sərgi boyunca demək olar ki, hər yerdə 25-30% arasında endirimlərə rastlamaq mümkündür...

“Güvən” və “Dəyər” nəşriyyatının təmsilçisi Anar Şıxcanov onların əsas oxucularının orta məktəb şagirdləri olduğunu söyləyir. Digər nəşriyyatlardan fərqli olaraq onlar kitabların hamısını 25 % endirimlə təqdim edir. Şəhid ailələrinə isə bütün kitablar pulsuzdur.
Onun fikrincə, belə sərgilər hər mövsümdə heç olmasa bir dəfə keçirilməlidir.

“Novella” kitab evinin təmsilçisi Cavad Əlizadə sərgiyə gələnlərin sayının azaldığını deyir. O, sərginin standart iş saatlarında davam etdiyini, 19:00-da isə yekunlaşdığını bildirir: “Bu da sərgiyə gələnlərin sayının az olmasına gətirib-çıxarır”.
O, ümidini həftəsonuna dikib.

Cavad Əlizadə deyir ki, bəzi oxucular sırf hansısa kitabı satmaq üçün sərgiyə gəlir, yəni onlara qiymətdən daha çox axtardığı kitab önəmlidir: “Qiymət məsələsi də var - elə insan var ki, oxumaq istədiyi kitabı indiyə qədər ala bilməyib. Sərgiyə məhz endirimdən yararlanmaq üçün gəlib”.

“Novella” nəşriyyatında kitabların qiyməti 1,50 qəpikdən başlayıb 25 manata qədər davam edir.


Yerli yazarların əsərlərinə endirimlər 20, Türkiyə və xarici yazarların kitablarına isə 30%-ə qədərdir.

Sərgiyə gələn Rüfət Ramazanov həvəslə kitablara baxır. Kitabların qiyməti ilə razıdır və buradan əliboş getməyəcəyini düşünür.

“Əslində oxumaq istəyən hardan olsa, kitab tapar. Sərgi çox maraqlıdır, burdakı aura da çox xoşdur. Ərinmədən, bütün əl işlərinə bir-bir baxmışam. Kim bilir onları hansı insanlar hazırlayıb. Bəlkə də, bu kitab sərgisi əl işlərini, öz əməyini bura çıxaranlar üçün kiçicik də olsa bir situmuldur”.

Bu masada isə satışa çıxarılan bütün məhsullar əlillər tərəfindən hazırlanıb.

Kitablar kimi digər məhsulların qiyməti də 1-25 manat arasındadır.
Sərgidə iştirak edən Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyinin üzvü Tamam Cəfərova da öz əl işlərini sərgiyə gətirib. Onun söylədiyinə görə, Qarabağ müharibəsi əlilidir, eyni zamanda kitab yazır, tikişlə, toxumaqla məşğul olur.

Tamam Cəfərova deyir ki, sərgiyə gələnlər əl işlərinə maraq göstərsələr də, onların çoxunu sata bilməyib. “Gələnlər daha çox baxırlar”, - o, qayğılı şəkildə dillənir.

Tamam Cəfərovanın sözlərinə görə, rayonlarda da bu tip sərgilər keçirilməsinə ehtiyac var.
O, indiyə qədər icra hakimiyyətinin dəstəyi ilə bir neçə dəfə sərgi təşkil etməsindən danışır: “Amma sərgidən sərgiyə fərq var. Əlillər günündə 2 dəfə şəxsi sərgim olub, sərgiyə baxanlar elə icra nümayəndələri olub. Qonaq filan çağırmırlar, rəng qatan bir şeylər olmur, ona görə maraqlanan da az olur, belə keçir sərgilər”.



Tədbirin təşkilatçısı Şahbaz Xuduoğlu isə nikbin danışır, Gəncə və Naxçıvanda kitab sərgilərinin təçkili ilə bağlı danışıqlar aparıldığını bildirir.

“Regionlarda da belə sərgilərin təşkil edilməsini çox istərdik. Hansı tez alınsa, biz yubatmadan sərgini orada təşkil edəcəyik. Milli Kitab Sərgisi burada iştirak edənlərin təsis etdiyi bir qurumdur. Bu qurumla bərabər biz bölgələri gəzəcəyik. Yer kirayələyib, sərgimizi keçirəcəyik”.

Bakıdakı sərgi oktyabrın 10-da başa çatacaq.

Xəbər 1531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +