Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.10.2021  15:29 

“Bu qələbəni görməzdən gəlmək ləyaqətsizlikdir” - Hacı Madər





A+  A-

"Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Bununla da Ermənistanın işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi”.

XəzərNews xəbər verir ki, bu fikirləri “Postmedia.az”a açıqlamasında Milli Məclisin deputatı Madər Musayev deyib.

Onun sözlərinə görə, Qarabağda Vətən müharibəsi başlayandan heç kimin gözünə yuxu getmirdi:

“Hamı hər dəqiqə qələbə xəbərləri gözləyirdi. Bir növ müharibə başlayandan bitənədək hər birimiz qələbə xəbərlərini eşitməyə öyrənmişdik. Bir gün hansısa ərazinin işğaldan azad edilməməsi xəbərini eşitməyəndə qulağımız səsdə qalırdı. Hər birimiz Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışlarına köklənmişdik. Bilirəm ki, hər bir azərbaycanlı özünü mənim kimi cənab Prezidentin dilindən qələbə xəbərlərini eşitməyə hazırlayırdı. Hesab edirəm ki, bundan ancaq qürur duymaq olar”.

Madər Musayev vurğulayıb ki, bu gün Qarabağda yaşananlar ağlagəlməyən böyük xoşbəxtlikdir. Bu gün xalqımız tarixi hadisələrə şahidlik edir. Cənab Prezidentimiz Ordumuzla birgə üzərimizdəki qara buludları götürüb. Çox şükürlər olsun ki, məğrur xalq olduğumuzu bir daha ortaya qoya bildik. Onu da qeyd edim ki, bu günlərin gerçək olacağı heç zaman ermənilərin boş ağlına belə gəlməyib. Biz döyüş meydanında qələbə qazanmaqla düşmənin belini qırdıq. Onu da qeyd edim ki, mən bu yaxınlarda Şuşa şəhərində oldum. Adam ora getdikdə dəhşətə gəlir ki, belə bir alınmaz qalanı qəhrəmanlarımız necə yağılardan azad ediblər? Şuşa doğurdan da alınmaz bir qaladır.

Qəhrəmanlarımızın Şuşanın dağında, daşında əl izləri var. Onlar qayalardan dırmanaraq, dağları aşaraq Şuşanı azad ediblər. Adam fikirləşir ki, piyada Bakıdan 44 günə Şuşaya getmək olmaz, bu, qeyri-mümkündür. Amma bizim qəhrəmanlarımız Ali Baş Komandanın rəhbərliyi ilə 44 günə digər torpaqlarımızı düşməndən azad edə-edə, ərazilərimizi təmizləyə-təmizləyə Şuşaya gedib çatıblar. Doğrudan da möcüzədir. Allah hər zaman Ali Baş Komandanımızı, Ordumuzu Müzəffər eləsin! Allah qazilərimizə şəfa versin və şəhidlərimizə rəhmət eləsin. Məhz onların sayəsində bu gün bizim başımız dikdir, insanlarımızda böyük ruh yüksəkliyi var, nikbinlik, gələcəyə ümid var. Bu ruh yüksəkliyini də yaradan isə başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusudur, zabitlərimizdir”.

Deputat qeyd edib ki, Azərbaycanın qazandığı tarixi uğurlara kölgə salmaq istəyənlər var: “Ancaq onlar bunu heç zaman bacara bilməzlər. Əvvəla onu qeyd edim ki, bu tarixi qələbəni görməzdən gəlmək insafsızlıq, ləyaqətsizlikdir. Adam nə qədər kor ola bilər ki, bunu görməsin. Digər tərəfdən də bu tarixi nəaliyyətə kölgə salmaq istəyənlərin ermənilərlə heç bir fərqi yoxdur. Onlar unutmasınlar ki, bu gün Azərbaycanda xalq-Prezident, xalq-ordu birliyi var. Bu birliyi isə kimliyindən asılı olmayaraq heç kim poza bilməz”.


Xəbər 1989 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +