İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.10.2021  13:34 

Hamı özünü qorusun, bəs DÖVLƏT BABA?..





A+  A-

...və ya dövlət qurumlarının özünümüdafiə şəbəkələri niyə hazırlıqsızdır?!.

Ölkə üzərində boz informativ tor qurulub. Ona görə boz ki, siyasi çevrələrin himayə etdiyi qara məşğuliyyət simalarına başqa rəng vermək olmur. Mənzərəyə diqqət edək. Hücum edənlər kimlərdir?

LGBT simaları, feministlər, küçə mediası təmsilçiləri, xaricdəki bloqerlər, ermənipərəst dünya mediası, erməni mediası, radikal dindarlar, missionerlər, hizbullah maraqlarına xidmət edib, iranpərəst donu geyinənlər, gerçək iranpərəstlər, Azərbaycanda təmin olunması mümkünsüz sayılan maraq sahibləri, həmin dövlətlərin vəsaiti ilə fəaliyyətdə olan bloqerlər, siyasətçilər, bəzi media quruluşları, ölkə içində və xaricdən onlara çalışan hələ ki, bəlli olmayan müstəqil və liderli qruplaşmalar. Üstəgəl, yerli cinsi azlıqlar, LGBT fəalları. Hamısı hücumdadır. Azərbaycana qarşı qara piarın başındadırlar.
Ciddi bir məqam. Sadalananların hər biri həm təhlükəsizlik, təm texniki, həm də maddi təminatlıdırlar.

Təbii ki, bu məsələ Azərbaycanın aidiyyatı yetkililərinə daha yaxşı bəllidir. Əks halda onlarla sosial şəbəkə müdafiə qrupları formalaşdırılmazdı. Amma bizim bir xeyli məsələ ilə yanaşı bu işdə də problemlərimiz mövcuddur. Necə?

Mövcud sosial şəbəkələrin Azərbaycan siqmentində ən xırdasından, ən nəhənginə qədər dövlət qurumlarının piar, müdafiə qrupları mövcuddur. Bu əslində bəlkə də normal haldır. Maraqlar, hətta fərdlər belə məqamı gəlincə müdafiə edilməlidir. Amma bu kütəvi hal almamalıdır. Çünki fərdlər haqda danışanlara müdafiə səddi quranda əsas məqsəddən yayınma baş verir. Əslində fərdləri hədəf alanların məqsədi də məhz budur. Sözügedən qruplar hədəfdən yayınsın. Gəək bu qruplara və orada təmsil olunanlara. Onların bir nəfərində də informativ-siyasi hazırlıq yoxdur. Populizm, söyüş, təhqir, vəssalam. Hətta müafiə etdikləri qurumun rəhbərliyi, bu günükü və keçmiş fəaliyyətindən belə xəbərsizdirlər. Dövlətin maraqları və siyasəti barədə ümumiyyətlə məlumatsızdırlar. Ümumi məsələlərin bir neçəsini çıxmaq şərti ilə.

İndi sual edirəm, bəs DÖVLƏT?! Fərdi maraqlara görə, qurumlar, konret nəhənglər müdafiə olunur, bəs hamını öz çiynində daşıyan, ƏN NƏHƏNGİN, DÖVLƏT BABANIN müdafiəsini qurmağı kim və nə zaman planlayacaq? Yəni onun informativ müdafiəsini necə təmin edəcəksiniz cənablar? Kütləvi söyüşlə, təhqirlə olmaz. Bu bəzən keçərlidir, həmişə yox. Məsələn indi ətrafda baş verənlər qaqaş davranışı ilə həll olunası deyil. Bu iş daha ciddi və ağıllı, soyuqqanlı davranış, yanaşma tələb edir. Hə ola ki, qanmayanıqandırmaq gərəkər, bu halda digər variantlar keçərli ola bilər.

Odur ki, dövlətin bir onurğası, bir beyninə, yəni Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik xidmətinə açıq təklifim var. Öz daxilinizdə savadlı, məlumatlı, dövlətçi, millətçi, ağıllı, siyasi durumu bilən, ütüsüz, sərbəst və asan yazı dili olan, tarixdən məlumatlı, regional və beynəlxalq prosesi bilən, təhlil beyni olan, ən vacibi texniki və maddi yaxşı təmin olunmuş, çox demirəm, iki on nəfərlik qrup yaradın. Onları sürətlə sosial şəbəkə fenomeni edin.

Sosial şəbəkələr üzərində özləri və səhifələrinin təhlükəsizliyinin təminatı mexanizmini düşünün. Bu bizə son dərəcə, hətta hava-su qədər vacibdir. Özü də təcili lazımdır. Çünki bu işdə mübarizə apardığımız bütün cinahlar, Azərbaycandan güclüdür. Buna yol vermək olmaz deyə düşünürəm. Qalib dövlətin informativ müdafiəsini təşkil etmək lazımdır.

Jalə Mütəllimova

Xəbər 2385 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +