Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.09.2021  18:04 

Vergi yoxlamaları hansı formalarda aparıla bilər?





A+  A-

Vergi orqanları tərəfindən bir sıra metodlardan istifadə etməklə yoxlamalar aparılır. Vergi Məcəlləsinə əsasən, kameral yoxlama vergi orqanı tərəfindən vergiödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən ödəyicinin fəaliyyəti (vergilərin hesablanması və ödənilməsi) haqqında orqanda olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır.

Mövzunu şərh edən iqtisadçı Aqil Səfərov kameral yoxlamanın ödəyicinin vergi bəyannaməsini vergi orqanına təqdim etdiyi vaxtdan 30 iş günü müddətində keçirildiyini bildirib.

A.Səfərov qeyd edib ki, səyyar yoxlama vergi orqanı tərəfindən ödəyicinin fəaliyyət göstərdiyi məkanda keçirilən vergi yoxlaması növüdür. Səyyar yoxlama növbəti və növbədənkənar formada ola bilər. Əgər növbəti səyyar yoxlama keçirmək qərarı verilirsə, vergi orqanı tərəfindən ödəyiciyə vergi yoxlamasının başlamasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməklə xəbərdarlıq edilir.

İqtisadçı, həmçinin nəzərə çatdırıb ki, vergiödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının keçirilməsi əsasını və tarixini, həmçinin vergiödəyicisinin və vergi orqanlarının hüquqları və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində 1 dəfədən artıq olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Xüsusi hallarda vergi orqanlarının qərarına əsasən, səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər.

Onun sözlərinə görə, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən bir neçə hallarda aparıla bilər:

“Vergiödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri vaxtında təqdim edilmədikdə və bu barədə vergi orqanı xəbərdarlıq etdikdə belə, yenə də təqdim edilmədikdə; vergi yoxlaması nəticəsində tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş informasiya aşkar edildikdə; vergiödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faiz və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə daxil olduqda; vergi orqanının əldə etdiyi mənbəyi məlum olan hər hansı informasiya əsasında vergiödəyicilərinin gəlirlərinin və ya vergitutma obyektlərinin gizlədilməsi və ya azaldılması müəyyən edildikdə; vergiödəyicisi riskli vergi ödəyicisi olarsa və sair hallarda”.

XəzərNews


Xəbər 1437 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +