Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.09.2021  21:01 

“Sərhədsiz reportyorlar”ın hesabatı mənim üçün heç bir əhəmiyyət daşımır“





A+  A-

"Biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır".

Bu fikirləri Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində jurnalistin “Sərhədsiz reportyorlar” təşkilatı Sizə müraciət edərək, Azərbaycan blogeri Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymağa çağırıb. O, Fransada qaçqın kimi yaşayır. Mart ayında burada ona şiddətli hücum edilib, bıçaq xəsarəti alıb. Sualım belədir: “Sərhədsiz reportyorlar” təşkilatının rəyinə görə, Siz həmin şəxsləri susdurmaq məqsədilə xaricə adamlar göndərirsiniz" sualını cavablandırarkən deyib.

Dövlət başçısı əlavə edib: "Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?
İlham Əliyev "Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz?" sualına cavabında deyib:

"Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir".

Xəbər 1790 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +