200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


28.09.2021  12:21 

“Jurnalist” Ata Abdullayev kimləri şantaj edib?





A+  A-

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən reket - “jurnalist” Ata Abdullayevin mühakiməsi başlayacaq.

XəzərNews “yenisabah.az”a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib.

Belə ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.

Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.

Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.

Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.

XəzərNews

Xəbər 1999 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +