İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


28.09.2021  11:33 

Ukrayna Azərbaycanlıları Radasında Anım günü qeyd olunub





A+  A-

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbayacanlıları Radasında fotosərgi təşkil olunub. Sərgidə azad olunmuş vətən tortaqlarında mənfur düşmənlərimizin törətdiyi vandalizm əməllərini əks etdirən fotolar nümayiş olunur.

XəzərNews xəbər verir ki, Sonra Azərbaycan şəhidlərinin və Ukraynanın qəhrəman müdafiəçilərinin, kiborglarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan fotosərgidə Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun rəhbəri Valeriy Viktoroviç, Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Alyona Vladimirovna, sədrin müavini Vyaçeslav Qorşkov, Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, türkdilli ölkələrin diaspor rəhbərləri, ərəb ölkələrinin diaspor nümayəndələri, tanınmış siyasi analitiklər, media nümayəndələri iştirak ediblər.

UAR baş katibi Ceyhun Məmmədov Anım günü haqqında məlumat verib: «Bu gün Azərbaycanın müqəddəs və möhtəşəm Vətən Müharibəsinin, zəfərlə bitən II Qarabağ savaşının başlamasından bir il keçir! Bir il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatına cavab olaraq, Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsinə başladı. İşğal altında olan ərazilərin azad edilməsi ilə nəticələnən «Dəmir Yumruq» əməliyyatı Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Parlaq qələbə qazanan Azərbaycan artıq bölgədə öz reallığını diqtə edir’.



Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi, ev sahibi Oleq Krapivin bildirib ki artıq Azərbaycan qalib dövlət, Azərbaycan xalqı qalib xalqdır: «Azərbaycan qüdrətli dövlətdir və İlham Əliyev kimi güclü bir przeidenti, ali baş komandanı var. Məhz onun uzaqgörənliyi və siyasi bacarığı sayəsində Azərbaycan xalqı, Azərbaycanın dostları bir «Dəmir yumruq» kimi birləşdi. Bu birliyin gücü ilə torpaqlarımız azad olundu. Bu birliyinin sayəsində artıq Qarabağ Azərbaycandır».


Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova müharibə zamanı disaporun fəaliyyətinə və görülən işlərə görə Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivinə və Hikmət Cavadova təşəkkür edib: «Bu gün bizim şərəf günümüzdür. Azərbaycanın igid övladları Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçdilər və bu vəzifənin öhdəsindən ləyaqətlə gəldilər. 44 gün davam edən müharibə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Sizə təqdim olunan fotoşəkil sərgisi müharibənin nə qədər dağıdıcı olduğunu, torpaqlarımıza nə qədər ziyan vurduğunu göstərmək məqsədi daşıyır».


Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun rəhbəri Valeriy Kolyux hər zaman Azərbaycanın haqq mübarizəsinin yanında olduqlarını bildirib: «Müsəqillik dövründə Azərbaycan güclü dövlət və güclü ordu qura bildi. Biz çox sevnirik ki Azərbaycan 30 illik problemini həll elədi, torpaqları işğaldan azad olundu».


Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Alyona Boqdan bildirib ki, biz fikirlərimizi və duyğularımızı paylaşıb, dəyərlərimizə hörmətlə yanaşmağı bacarmalıyıq.


Ədəbiyat nümumələrimizi ukraynacaya tərcümə edən Ukraynali şair, yazıçı və prozaik Sergey Qrabar Azərbaycanla olan dostluğundan bəhs edib: «Mən bir neçə dəfə Azərbaycanda, Bakıda olmuşam. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin vurğunuyam. 44 günlük müharibə zamanı biz hamımız «Dəmir Yumruqla» bir olduq və bir dost kimi sizin qələbənizə çox sevinirəm».

Şair iki Azərbaycan dilinə tərcümə olunmuş iki kitabını imzalayaraq UAR kitabxanasına hədiyyə edib.

Çıxışlardan sonra UAR baş katibi fotosərgini açıq elan edib.

Müharibənin dəhşətini anlatmaq üçün sözü fotoşəkillərə verdiyini bildirən Məmmədov əlavə edib: «Fotoşəkillərə baxdıqda adama elə gəlir ki sanki Qarabağa atom bombası atılıb. Çünki dağıdılmış şəhərlər, məhv edilmiş tarixi-dini abidələrin qalıqları 1945-ci ilin Xirosimasını bizə xatırladır. Amma ermənilər buraya atom bombasını atmayıblar, bu onlarda yox idi, olsaydı yəqin atardılar. Onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar, tarixə qarşı suç işləyıblər. Ermənilərin bu cinayətlərinin cəzasını beynəlxalq məhkəmələr verəcək. Azərbaycan ədaləti tam bərqərar edəcək».


Xəbər 1815 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +