AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


28.09.2021  11:14 

Nazaryan Paşinyanı darmadağın etdi





A+  A-

“Çoxları hazırkı rejimi və onun hərbiləşdirilmiş liderini savaşı dayandırmamaqda günahlandırır. Xalq, xüsusilə hakimiyyəti günahlandırır və doğru iş görürlər, amma rejim başçısının və ətrafındakı dar düşüncəli komandanın bir nömrəli cinayəti müharibəni dayandırmaq deyil, onu ölkəmizə, evlərimizə və ailələrimizin içinə gətirmək oldu”.

Bu sözləri “Nəsillər üçün Həqiqət” QHT-nın rəhbəri Geqam Nazaryan öz məqaləsində qeyd edib:

“Bu müharibə qaçılmaz deyildi. Azərbaycan və ya Türkiyə liderlərinin bəyanatları nə qədər döyüşkən olsa da, bu müharibə olmamalı idi. Oxşar bəyanatlar 1995-ci ildən bəri verilir. Bəli, Azərbaycan daim silahlanırdı, ancaq müharibə yalnız 2018-ci ildə ölkəmizdə baş verən hakimiyyət dəyişikliyindən və sonrakı hadisələrin ardından mümkün oldu.”

“Nikol Paşinyanın dediklərini unutmusunuz? İstədiyimiz kimi danışıqlar aparırıq, öz baxış nöqtəmizdən sövdələşmə aparırıq, Əliyevlə birbaşa əlaqə saxlayırıq və s. Reallıq isə budur ki, diplomatlarımız otuz ildir ki, əcnəbilərin ayaqqabılarını yalayırlar. Onun “Qarabağ Ermənistandır” sözlərini və Şuşada oynadığı yallını nə tez unutdunuz?” - deyə QHT rəhbəri qeyd edib.

Geqam Nazaryanın fikrincə, ermənilər ətraflı öyrənməli və araşdırmalıdır ki, niyə müharibə 19 oktyabrda deyil də, 9 noyabr tarixində bitdi:

“Ancaq ilk növbədə səbəbi tapmaq, onu anlamaq və araşdırmaq lazımdır. Paşinyan rejimi qətiyyətli addımları ilə ölkəmizə müharibə gətirdi. Türkiyəni bölgəmizə, Cənubi Qafqaza gətirdi. Türkiyə otuz ildir ki, Cənubi Qafqazda mövqeyini gücləndirmək arzusunda idi, otuz il ərzində müharibəyə başlamaq arzusunda idi və Paşinyan onların bu arzusunu yerinə yetirdi.” /Yenisabah.az/

Geqam Nazaryan Paşinyanın siyasi ritorikasını da, tənqid edib:

“Və Nikolun 27 Sentyabrda, müharibədən bir neçə saat sonra Milli Məclisdəki çıxışını, daha doğrusu çıxışın bu hissəsini heç kim unutmamalıdır. Ən zəif ordusu olan bir ölkənin lideri belə müharibədən bir neçə saat sonra bu cür bir açıqlama verməz, hətta onlara dünyanın ən güclü ordusu hücum etsə belə. Artıq xalqın məğlub olduğu, nəticənin əvvəlcədən təyin olunduğu aydın deyilmi? 18-20 yaşlı oğlanlarımız komandirləri ilə birlikdə əvvəlcədən planlaşdırılmış 44 günlük savaşda həlak oldular”.

Xəbər 1788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +