“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


26.09.2021  19:19 

“Azərbaycan vahid gücə - dəmir yumruğa çevrilib”





A+  A-

Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Azərbaycanın uzun illər boyu öz ərazi bütövlüyünün və təbii ki, haqqın, ədalətin təmin edilməsi istiqamətində atdığı addımların, həyata keçirilən siyasətin, görülən işlərin mahiyyətini ən incə detallarına kimi açıqlayıb, Azərbaycan xalqının, dövlətinin 30 ilə yaxın zaman kəsiyində davam edən, misli görünməmiş mücadiləsinə ayna tutub.

Dünyada çox nadir xalqlar, dövlətlər və onların liderləri ola bilər ki, 30 il öz hədəfinə doğru yorulmadan, usanmadan irəliləyə bilsin. Birbaşa əlaqəsi olmasa da, bu illər ərzində keçdiyimiz yolla bağlı bir müqayisə aparmaq istəyirəm: Musa peyğəmbər öz xalqını 40 il Misir səhralarında dolaşdırdı ki, əsarətdən doğan köləlik psixologiyasından xilas olsunlar, öz daxili və toplumsal azadlıqlarına qovuşsunlar, vahid bir millətin azad fərdləri olduqlarını dərk etsinlər.

XəzərNews xəbər verir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Siyasi ekspert diqqətə çatdırıb ki, 30 ilə yaxın zaman kəsiyində də Azərbaycan dövlətinin yürütdüyü siyasətin daxilində, eyni zamanda, işğaldan doğan neqativ psixoloji faktorların aradan qaldırılması, xalqın öz gücünə inanması amili dayanıb. Azərbaycan strateji hədəflərinə doğru addım-addım irəliləyib, iqtisadiyyatını gücləndirib, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib, silahlı qüvvələrinin hərb sənətinin ən müasir komponentlərinə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirib.

“2003-cü ildən başlayaraq, ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə torpaqlarımızın azad edilməsi üçün müqəddəs müharibəyə, BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə hazırlaşıb. Bu müddət ərzində Azərbaycanda Vətən uğrunda həyatından keçməyə hazır olan yeni nəsil – müstəqil Azərbaycanın azad düşüncəli, milli qeyrətli, qürurlu, bayrağını, torpağını canı qədər sevən, intellektual, fiziki cəhətdən və ruhən güclü vətəndaşları formalaşıb, onlara qələbə əzmi, döyüş ruhu, sona qədər mücadilə aparmaq qətiyyəti aşılanıb. Xalqın dövlətlə, orduyla birliyi, bütövlüyü təmin edilib, bütün Azərbaycan vahid gücə - dəmir yumruğa çevrilib”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarının “Dəmir yumruq” adlandırması da təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycan xalqının bir yumruq kimi birləşməsini və təbii ki, yumruğun düşmənə endirdiyi zərbəni ifadə edir. Bu yumruq Azərbaycana qarşı məkrini davam etdirəcəyi təqdirdə daim düşmənin başı üzərində “Damokl qılıncı” kimi asılıb qalacaq.

Siyasi ekspert deyib: “Bu gün Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə nümayiş etdirdiyi əzmlə, qətiyyətlə işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, yenidən qurur və bütün bunları öz gücü, iqtisadi imkanları hesabına reallaşdırır. Bu prosesin müharibədən dərhal sonra başladıldığını nəzərə alsaq, Azərbaycan dövlətinin gücünün və təbii ki, bu gücün meydana gəlməsində, toparlanmasında, hərəkətə gəlməsində müstəsna rolu olan siyasi iradənin sərhədlərini müəyyənləşdirə bilərik. Ermənistan tərəfindən viran edilmiş Azərbaycan torpaqları yenidən çiçəklənir. Bu torpaqlara mədəniyyət və sevgi qayıdır”.

E.Mirzəbəyli bildirib ki, erməni vandallarının qəbilə təfəkkürü ilə dağıtdığı abidələrimiz, mədəni irsimiz Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı və iştirakı ilə bərpa olunur: “Qarabağ Azərbaycanımızın digər əraziləriylə bütövləşərək özünün intibahını yaşayır”.

Xəbər 1434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +