Telman İsmayılov azadlıqda
İdmançının ölümü ilə bağlı araşdırma başladı
Canəli Əkbərov vəfat edib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
“Təzə bazar”da nöqsanlar aşkarlanıb - Yoxlama
“Azərtütün” özəlləşdirilməyə çıxarıldı
Prezident və ailəsi Gimnastika Arenasının yeni məşq binasında - Foto
“Təhsil naziri Nərmin Qaralovadan qorxur?” - VİDEO
Zakir Sultanov 6 milyon manata yaxın zərəri ödəyib - Məhkəmə
Çörək alarkən DİQQƏTLİ OLUN - VİDEO


26.09.2021  11:29 

Prezident ciddi mesajlar verdi...





A+  A-

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi zamanı müxtəlif istiqamətlər üzrə ciddi mesajlar verib, həmçinin, qaranlıq qalan tarixi hadisələrə aydınlıq gətirib.

Bu sırada erməni diaspor təşkilatlarının I Qarabağ savaşı dönəmində Azərbaycana təzyiq üçün ABŞ başda olmaqla bəzi Qərb dövlətlərindən, bu ölkələrdəki çevrələrdən necə istifadə etmələrinin mexanizmlərinə də toxunub. Həmin məqamlara baxanda aydın olur ki, bu gün Azərbaycana qarşı sərgilənən münasibət 30 il öncəki münasibətə bənzərdir.

Təkcə münasibət yox, həm də texnologiyalar bənzərdir: “Bir sıra ölkələrdə yetərincə effektiv olan erməni təbliğatı və erməni diaspor təşkilatları onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaradırdılar. Hətta hərbi əməliyyatların başlanğıcına və bəzi ölkələr tərəfindən qəbul edilmiş qərarlara nəzər salsaq görərik ki, onlar heç bir məntiqə uyğun gəlmirlər. Azərbaycan işğala məruz qalanda ABŞ Konqresi Azadlığa Dəstək Aktına bədnam 907 nömrəli düzəliş qəbul etdi. Bu düzəliş Azərbaycanı ABŞ-ın birbaşa hərbi yardımından məhrum etdi, özü də təkcə hərbi yardımından yox. Zərərçəkmiş ölkə olan biz, əslində, ayrı-seçkiliyə məruz qaldıq. Bu düzəlişi belə əsaslandırırdılar ki, guya Azərbaycan Ermənistanı mühasirəyə alıb. Təsəvvür edin, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları işğal edilib və bunu Ermənistanın mühasirəyə alınması adlandırırlar. Bunu ona görə deyirəm ki, erməni diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan kütləvi informasiya vasitələri münaqişənin mahiyyətini təhrif edirdilər. Yəni, Ermənistanın etnik təmizləmələr aparmış, Xocalıda soyqırımı törətmiş, bütün tarixi və mədəni binaları dağıtmış təcavüzkar, işğalçı olması – bütün bunlar gizlədilirdi. Azərbaycan isə, hansısa bir monstr, totalitar, avtoritar ölkə kimi təqdim edilirdi. İstər “Washington Post”, istər “New York Post”, istər “Figaro”, istərsə də ABŞ-ın, Fransanın, Almaniyanın və bir sıra digər ölkələrin başqa kütləvi informasiya vasitələri ölkəmizi “Əliyevin diktator rejimi” adlandırırdılar. Beləliklə, erməni diasporu bizim hakimiyyət haqqında elə fon yaradır və şayiə yayırdı ki, guya belə diktator ölkədə erməni əhali özünü təhlükəsiz hiss edə bilməz; bu səbəbdən Dağlıq Qarabağ ayrılmalıdır və Dağlıq Qarabağ müstəqil statusa malik olmalıdır. Halbuki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada hamı sülh və həmrəylik şəraitində yaşayır”.

Prezidentin çıxışından aydın olur ki, hiyləgərcəsinə qurulmuş bu torun möhkəmlənməsində, erməni diasporunun müvəffəqiyyət qazanmasında ABŞ və digər Qərb dövlətlərinin bəzi siyasi çevrələri də iştirak ediblər.

Prezident deyir: “Yeri gəlmişkən, 907 nömrəli düzəlişin qəbul edilməsində ABŞ-ın sonrakı rəhbərləri, administrasiyada çox yüksək vəzifələr tutmuş və indi də tutan rəhbərlər çox böyük rol oynayıblar”.

II Qarabağ savaşının bitməsindən, Azərbaycanın qalib gəlməsindən sonra bəzi Qərb dövlətləri, o cümlədən Fransa, ABŞ və digərlərinin Azərbaycana qaşı sərgilənən hərəkətlərinə nəzər yetirsək görərik k, onlar tarixi geri çevrimək istəyirlər, 30 il öncəki taktikalarından istifadə edirlər. ABŞ Konqresinin "Azərbaycan hərbi əsirləri qeyd-şərtsiz geri qaytarmalıdır" tələbi; ABŞ, Fransa və digərlərinin Minsk Qrupunu dirçəltmək, Qarabağa status istəmək tələbləri də bu qəbildəndir. Amma bir məqamı unudurlar. Prezident qeyd edir ki, Azərbaycan dövləti öz gücü, qüdrəti, təmkinli davranışları ilə bu şəbəkəni dağıda bilib, sonda qələbə qazanıb.

Muşfiq Ələsgərli

Xəbər 1338 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2021  22:14 

Telman İsmayılov azadlıqda

22.10.2021  22:00 

Canəli Əkbərov vəfat edib

22.10.2021  16:20 

Daha 48 nəfər tutuldu - Video


BÜTÜN XƏBƏRLƏR +