“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


26.09.2021  10:00 

Ceyhun Bayramov Antonio Quterreşlə görüşüb - FOTO





A+  A-

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

XəzərNews Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin Baş katibi seçilməsi münasibətilə təbrik edib. Daha sonra tərəflər regiondakı son vəziyyət ətrafında müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov BMT Baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Nazir, həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edib və bunun qəbuledilməz olduğunu vurğulayıb.

Baş katib Bakıya səfərlərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Antonio Quterreş Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini qeyd edib. Baş katib, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib.

Baş katib, o cümlədən COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.

O, Ermənistan - Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Xəbər 1652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +