“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“
Artıq enerji istehsalı qiymətləri azalda bilərmi?
COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir
Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib
Xəzər TV-ni “Lider”in aqibəti gözləyir-MŞ üzvü
Zəfərdən sonra dünya azərbaycanlıları Novruzu necə qeyd edirlər?
Bu avtomobillərə maraq bazara necə təsir göstərəcək?
MSN-teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yayıb
İpoteka götürən şəxsdən hansı hallarda ödəniş tələb edilə bilməz? - VİDEO
İlham Əliyev Vladimir Putinə zəng edib


25.09.2021  09:12 

Konqresdə Azərbaycan və Türkiyə əleyhinə 8 qanunvericilik təşəbbüsü - Xülasə





A+  A-

ABŞ-ın Nümayəndələr Palatasında Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar düzəliş təklif olunub. Konqresmenlər Toni Kardenas, Adam Şiff və Bred Şerman tərəfindən hazırlanan düzəlişdə “Azərbaycandan erməni müharibə əsirlərinin dərhal buraxması, habelə 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı Türkiyə dronlarında ABŞ texnologiyasından istifadə edilməsinin araşdırılmasına” çağırılır (Amerikanın səsi).
Bununla yanaşı, Erməni Mili Komitəsi (ANCA) Azərbaycana hərbi yardımın dayandırlması üçün kampaniyasına davam etdirir, əlavə olaraq Bozqurdlar, Ülkü Ocaqları kimi təşkilatlarını terror təşkilatı elan edilməsi, Dağlıq Qarabağa birbaşa humanitar yardımların artırılması haqqında da düzəlişlər də təklif olunur. Təşəbbüslər Azərbaycanla ABŞ arasında karbohidrogen ehtiyatların hasilatı və ixracından kənar ən çox əməkdaşlıq edilən sahəni - hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı hədəfə alır.

ANCA Konqresin Daxili Qaydaları Komitəsinin tələblərinə uyğun olaraq baş sponsorlarla birlikdə təqdim etdiyi səkkiz düzəlişin xülasəsini açıqlayıb:

I. 52 saylı düzəliş (Konqresmen Brad Şerman): ABŞ–ın Azərvbyacana hər hansı bir hərbi təhlükəsizlik yardımı və ya Azərbaycan hökumətinin müdafiə və ya təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı üçün federal vəsaitin ayrılmasını və ya xərclənməsini bloklayır;

II. 90 saylı düzəliş (Konqresmen Jackie Speyer): ABŞ–ın təhlükəsizlik yardımının Azərbaycan hökumətinə verilməsini qadağan edir.

III. 122 saylı düzəliş (Konqresmen Frank Pallone): Tərəfdaşlığın İnkişafı Proqramının 333-cü Bölümü çərçivəsində ABŞ-ın Azərbaycana hərbi yardımını rədd edir.

IV. 123 saylı düzəliş (Frank Pallone): Qanunun 333-cü maddəsinə əsasən müəyyən xarici təşkilatların təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarında iştirak etdiyi iddiaları ilə əlaqədar olaraq, dövlət katibi ilə birlikdə müdafiə nazirindən bir hesabat tələb olunur. İddia olunur ki, həmin xarici təşkilatlar ABŞ–dan təhlükəsizlik yardımı almazdan əvvəl və ya alarkən beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud şəkildə pozmuş ola bilər. Bu hesabatda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırlamsı və pozuntuların qarşını almaq üçün əlavə tədbirlərlə bağlı tövsiyələr təqdim ediləcək.

V. 408 saylı düzəliş (Konqresmenlər David Valadao və Brad Şerman): ABŞ-ın Dağlıq Qarabağdakı bütün gələcək humanitar və inkişaf yardım proqramları, o cümlədən bu cür proqramların effektivliyinin təhlili haqqında 180 gün ərzində hesabat tələb olunur;

VI. 560 saylı düzəliş (Konqresmenlər Adam Şiff və Toni Kardenas): Konqres fikrini bildirir ki, Azərbaycan hökuməti bütün erməni hərbi əsirləri və əsir götürülmüş mülki əhalini dərhal geri qaytarmalıdır. Düzəliş administrasiyanı bütün hərbi əsirlərin və əsir götürülmüş mülki şəxslərin dərhal azad edilməsi üçün 9 Noyabr bəyanatı və beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə riayət etməyin vacibliyini aydınlaşdırmaq üçün ATƏT-in Minsk Qrupu ilə birgə Azərbaycan hakimiyyəti ilə işləməyə çağırır;

VII. 579 saylı düzəliş (Konqresmen Dina Titus): Dövlət katibindən Boz Qurdların (Bozkurtlar ve Ülkü Ocakları) Amerika Birləşmiş Ştatları, müttəfiqləri və beynəlxalq tərəfdaşların maraqlarına qarşı fəaliyyəti, o cümlədən xarici terror təşkilatlarının tanınması meyarlarına yenidən baxılması tələb olunur;

VIII. 586 saylı düzəliş (Toni Kardenas): Azərbaycanın Dağlıq Qarabağa qarşı istifadə etdiyi Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarından tapılan hissələrin amerikan istehsalı olub olmamasının, Silah İxracına Nəzarət Qanununun pozulmasının qiymətləndirilməsi üçün ABŞ müdafiə nazirindən hesabat tələb olunur.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda erməni xalqının son bir ildə Dağlıq Qarabağ münaqişəsində "faciəvi" insan itkisi ilə üzləşdiyi, ATƏT-in Minsk Qrupu və digər regional formatlarda regionda sabitlik və münaqişənin həlli üçün çalışacaqları, Azərbaycanda saxlanan erməni əsirlərin hamısının buraxılması üçün çağırışları davam etdirəcəklərini vurğulayır. Baydenin bu vədini faktiki olaraq təklif olunan düzəlişlərin mətninə dəstək verilməsi kimi də qəbul etmək olar.

Bu qanunverici təşəbbüslər II Qarabağ müharibəsinin başlanma və ya bitmə vaxtlarının gecikəcəyi halda hansı addımlar, sanksiyalarla qarşılaşacağımız haqda təsəvvür yaranmasına kömək edir...

Cəmaləddin Quliyev

Xəbər 1747 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.03.2024  01:11 

Gədəbəyə güclü qar yağıb

27.03.2024  00:59 

Bakıda azyaşlını avtomobil vurub

27.03.2024  00:40 

ABŞ-da körpü uçub

26.03.2024  20:43 

Abşeronda dəhşətli qəza olub

26.03.2024  20:30 

Zaurun verilişində dəyişiklik

26.03.2024  17:59 

U-21 millisi böyük hesabla uduzdu

26.03.2024  17:34 

Demet Akalından Röyaya dəstək

26.03.2024  17:27 

Salyan sakini itkin düşüb

26.03.2024  16:30 

Rusiya ABŞ ilə dialoqa açıqdır

26.03.2024  14:36 

Binəqədidə meyit tapılıb


BÜTÜN XƏBƏRLƏR +