Telman İsmayılov azadlıqda
İdmançının ölümü ilə bağlı araşdırma başladı
Canəli Əkbərov vəfat edib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
“Təzə bazar”da nöqsanlar aşkarlanıb - Yoxlama
“Azərtütün” özəlləşdirilməyə çıxarıldı
Prezident və ailəsi Gimnastika Arenasının yeni məşq binasında - Foto
“Təhsil naziri Nərmin Qaralovadan qorxur?” - VİDEO
Zakir Sultanov 6 milyon manata yaxın zərəri ödəyib - Məhkəmə
Çörək alarkən DİQQƏTLİ OLUN - VİDEO


24.09.2021  18:05 

Deyin ki, Eldar Həsənovu öldürmək istəyirik - Məhkəmə





A+  A-

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına məhdud sayda media nümayəndələri buraxılıb.

XəzərNews Musavat.com-a istinadən xəbər verir ki, məhkəmədə ifadə verməyə davam edən Eldar Həsənov bildirib ki, səfirliyin xərclər smetasını mənimsəməklə bağlı iddia əsassız və absurddur:

"Səfirlik smeta xərcləri ilə bağlı əvvəlcə proqnoz hazırlayır və Xarici İşlər Nazirliyinə təqdim edir. Xarici İşlər Nazirliyi proqnozları araşdırır, əsaslandırır və büdcəni hazırlayır. Bu xərclərə səfirliyin əmək haqları ilə yanaşı işıq, qaz, su pulu, yanacaq xərcləri də daxildir. Xarici İşlər Nazirliyi sənədləri hazırlayıb Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. Bu proses dövlət büdcəsi kimi həyata keçirilmir. 20 il ərzində bir dəfə də olsun nə Xarici İşlər Nazirliyi, nə də Maliyyə Nazirliyi büdcə proqnozları ilə bağlı mənə irad tutmayıb".

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi göstərir ki, 2015-2018-ci illərdəki xərclər smetası obyektiv əsaslandırılıb:

"Ştatdankənar işçilərin əmək haqlarının mənimsənilməsinə gəlincə isə təlimata görə səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Bunlar işə götürülməzdən əvvəl şəxsiyyətləri araşdırılmalıdır. Mən həmin şəxsləri işə götürməzdən əvvəl sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada onların kimliyini araşdırıb, təsdiq edib bizə göndəriblər. Sonra biz orta aylıq əmək haqqına uyğun olaraq onlara maaş cədvəli müəyyən edib, nazirliyə göndərmişik. Müqaviləni isə onlarla mən yox, nazirlik imzalayıb. Belə bir halda necə nöqsan ola bilər?"

Eldar Həsənov daha sonra səfir olduğu zaman gördüyü işlərdən danışıb:

"Yeganə səfirlik olmuşuq ki, Xarici İşlər Nazirliyi səfirlik əməkdaşları arasında ixtisar aparmağı təklif edəndə mən 3 ölkənin ikisində yalnız sürücünü və bağbanı ixtisar etmişəm. Mən yeganə səfir olmuşam ki, icarə haqqı 8200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində mənzildə qalmışam. Bunları nəzərə almadan mənə ittiham verirlər. Əlavə xərclərdən imtina etmişəm. Mənim xarici ölkədə dayım var, yoxsa əmim var? Pulum qurtaranda kimdən borc almağa imkanım olub? Mən bütün bu çətinliklərlə xərclərə maksimum qənaət etmişəm ki, dövlət büdcəsi ziyan çəkməsin".

Sabiq səfir qeyd edib ki, cinayət işinin materiallarında səfir kimi işlədiyi dövrlərdə büdcəyə nə qədər vəsait qaytardığı göstərilib:

"Mən işlədiyim dövrlərdə 198 min 153 avro vəsaiti xərclər smetasından qənaət edib dövlət büdcəsinə qaytarmışam. Bu, 2015-ci ildə 40 min avro, 2016-cı ildə 12 min 145 avro, 2017-ci ildə 32 min 144 avro, 2018-ci ildə 13 min 140 avro, 2019-cu ildə isə 4957 avrodur. Əgər Avropada hansısa ölkənin birinin səfirliyi mənim qaytardığım vəsaitin yarısını büdcəsinə qaytarıbsa, gətirin göstərin. Əgər belə bir fakt aşkarlansa, mən adımı dəyişərəm.

Harada olmuşamsa büdcəni qorumuşam, çünki vicdanıma güvənmişəm. Budur mənə sağ olunuz? Sağ olun əvəzinə mənə ittiham irəli sürürsünüz? İstəmirəm sağ olunuzu, mənə ittiham verib odlandırmayın da.

Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlar səsləndirməyin. Yığın adamlarınızı, jurnalistləri, televiziyaları, deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni, qurtarsın getsin. Mənə Cinayət Məcəlləsinin 308.2-ci maddəsilə ittiham verilib ki, qulluq mənafeyindən sui-istifadə etmişəm. Mən isə əksinə, dövlət mənafeyini qorumuşam. Heç bir epizodda mənimsəmə faktı təsdiq edilməyib. Mənim istintaqım kobud qanun pozuntusu ilə aparılıb. İstintaq 5 ölkədən onlarla şahid dindirib, bir nəfər deməyib ki, mən Eldar Həsənovla hansısa bir işbirliyi qurmuşam. Bir nəfər desin ki, Eldar Həsənov mənə dedi ki, bunu elə. Yoxdur axı.

Birinci gündən telefonlarımı Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etmişəm, yoxlasınlar. Bütün şəcərəmi araşdırıblar, 19 yaşlı nəvəmin bank hesabından tutmuş hamısını. Bir dənə fakt tapsınlar ki, ora bir manat pul köçürmüşəm. Öz hesabımı araşdırıblar, rəsmi maaşım və yazdığım kitabların pulundan başqa bir manat əlavə vəsait aşkarlanmayıb. Fəaliyyətim dövründə 20 illik arxiv sənədlərini araşdırıblar, bir dənə fakt tapmayıblar. Bir nəfər desin ki, Eldar Həsənov 20 ildə bir dəfə Xarici İşlər Nazirliyindən 1 manat əlavə xərc istəyib. Hamısını maaşımdan etmişəm".

Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Eldar Həsənov ittihamları qəbul etmir.

Xəbər 613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2021  22:14 

Telman İsmayılov azadlıqda

22.10.2021  22:00 

Canəli Əkbərov vəfat edib

22.10.2021  16:20 

Daha 48 nəfər tutuldu - Video


BÜTÜN XƏBƏRLƏR +