Telman İsmayılov azadlıqda
İdmançının ölümü ilə bağlı araşdırma başladı
Canəli Əkbərov vəfat edib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
“Təzə bazar”da nöqsanlar aşkarlanıb - Yoxlama
“Azərtütün” özəlləşdirilməyə çıxarıldı
Prezident və ailəsi Gimnastika Arenasının yeni məşq binasında - Foto
“Təhsil naziri Nərmin Qaralovadan qorxur?” - VİDEO
Zakir Sultanov 6 milyon manata yaxın zərəri ödəyib - Məhkəmə
Çörək alarkən DİQQƏTLİ OLUN - VİDEO


23.09.2021  14:05 

Niyə qazilərin problemləri vaxtında həll edilmir?





A+  A-

Qarabağ müharibəsi iştirakçısı Etibar Məmmədli döyüşlərdə xəsarət alsa da, hərbi hospital onu müalicə etməyib. Qazi iki dəfə belindən əməliyyat olunsa da, müvafiq dövlət strukturlarının dəstək olmadığını bildirib. Bu səbəblə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək sosial yardım istəyən E. Məmmədliyə Məşğulluq Mərkəzi tərəfindən ümumi dəyəri 4 min manat olan 3 baş heyvan verilib ki, sonradan həmin heyvanların xəstə olduğu üzə çıxıb. Müharibə iştirakçısı heyvanları geri qaytarmaq istəsə də, onun bu tələbi qurum tərəfindən qarşılanmayıb.
XəzərNews xəbər verir ki, məsələylə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərin problemləri ilə bağlı olan qurumların fəaliyyətinə toxunub:

“Artıq müharibədən bir ilə yaxın vaxt keçir, amma təəssüf ki, hələ də məmurlar bəzi məsələləri həll edə bilmirlər. Əsas problem isə nazirliklərin öz aralarında məsələləri yoluna qoya bilməmələridir. Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi koordinasiyalı işləyə bilmir. Müdafiə Nazirliyi müharibədə iştirak edən, yaralanan və əmək qabiliyyəti məhdudlaşan şəxslərlə bağlı müvafiq sənədləri vermir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də lazım olan diqqəti ayıra bilmir. Dövlət tərəfindən müharibədən sonra şəhid ailələrinə və qazilərə xidmət göstərilməsi üçün bütün gücünü ortaya qoyub, lazımi addımlar atılıb. Amma yaradılan fondlar və nazirliklər arasında koordinasiya istənilən səviyyədə deyil.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərlə bağlı məsələdə diqqətli olmalıdır. Niyə qazilərin haqlı müraciəti, tələbi qarşılanmamalıdır? Müharibə iştirakçısı işləyə bilmirsə, əməliyyat olunubsa, ona lazımi səviyyədə diqqət göstərilməlidir. Qazi dinlənilməli, tələbi qarşılanmalıdır. Dəfələrlə bildirilib ki, şəhid ailələrinə və qazilərə böyük diqqət ayrılmalıb və bu işi məmurlar davam etdirməlidirlər. Zaman-zaman qazilərin problemlərinin ictimaiyyətə çıxarıldığının şahidi oluruq. Bu zaman ictimaiyyət tərəfindən haqlı olaraq bildirilir ki, bu cür davranış, addım olmaz, yolverilməzdir. Niyə qazilərin problemləri vaxtında həll edilmir? Niyə onların problemi mətbuata çıxandan, ictimailəşdikdən sonra həll olunmalıdır? Onda demək, problemi olan, sosial yardım ala bilməyən bütün qazilərin problemlərini cəmiyyətə çıxarması lazımdır? Lazım deyil, əvəzində nazir öz işini düzgün qurmalı, bu məsələ ilə ciddi məşğul olmalıdır. Qazilər problemlərini, dərdlərini deyəndə insanlar ona maddi kömək edir, pul verirlər. Düzdür, hər kəs onlar üçün əlindən gələni etməlidir, amma onlara yardım etməli olan qurumlar var, onların problemlərini həll etmək məmurların, nazirliklərin işidir. 300 ildən çoxdur seyidləri xalq dolandırır. Hər kəs onlara hörmətlə yanaşar, nəzir verər. Xalq kömək etməyi, hörmət bəsləməyi bilir və bacarır. Biz bunu qazilərə də edirik, amma bəzi nazirliklərdə məmurlar öz işləri ilə məşğul olmayanda qazilər tərəfindən belə narazılıq halları da olur.

Digər tərəfdən, Prezidentin göstərişi ilə Nazirlər Kabinetində bu kimi məsələlərlə bağlı komissiya yaradılıb. Fikrimcə, bu komissiyanın işi hələ ki 0-dır. Komissiya qazi, veteranlarla bağlı nə bir açıqlama verib, nə də hansısa məsələnin həll edildiyini bildirib. Hər bir nazirlik, məmur hansı bölgədə vəziyyətin necə olduğunu bilməlidir, qazilərin müraciətinə vaxtında cavab verməlidir”.


Xəbər 1186 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2021  22:14 

Telman İsmayılov azadlıqda

22.10.2021  22:00 

Canəli Əkbərov vəfat edib

22.10.2021  16:20 

Daha 48 nəfər tutuldu - Video


BÜTÜN XƏBƏRLƏR +