200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


22.09.2021  23:46 

“Şəkil çəkdirmək yaxşıdır, amma, faydalı deyil“- Diaspor sədri





A+  A-

"Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun bu davamlı layihəsindən xüsusi zövq alırıq. Çünki gördüyümüz işin nəticəsinin ünvanı Ukraynadakı aztəminatlı soydaşlarımızdır".
XəzərNews.az "Multikultural Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov çıxış edib.

H.Cavadov bildirib ki, hər ay olduğu kimi bu ay da Ukraynada yaşayan 150 aztəminatlı azərbaycanlı ailəsinə hər birində 30 kq müxtəlif ərzaq məhsulları olan xüsusi qutular göndərdik:

"Bu ərzaqların alınması, qutulara yığılması və özəl poçtla 150 ünvana göndərilməsi diasporumuzun sevimlisi, dayağı, təşkilatımızın fəxri sədri Oktay Əfəndiyevin hamiliyi ilə baş tutur. Bu məsələ ilə bağlı Oktay müəllim hər zaman belə deyir: "Nə qədər ki, varam Ukraynadakı kasıb həmyerlilərimizə dəstək olacağam". 15 ildən artıq bir dövrdə diaspor fəaliyyətilə məşğul olduğumdan deyə bilərəm ki, inandırıcı görüntü yaratmaq üçün maraqlı səslənən, ağız dolusu, gurultulu sözlər demək, rəngarəng qalstuk və kostyumlarda, müxtəlif pozlarda Əsas məsələ, xalqının maraqlarına uyğun fəaliyyət göstərməklə yanaşı, qərib ölkədə soydaşlarına yaxın olmaq, onların problerinə şərik olub həllinə nail olmaqdır".

Xəbər 2236 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +