Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


12.09.2021  18:50 

“Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb” - Hikmət Mirzəyev





A+  A-

"Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır."
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev deyib.

General-leytenant bildirib ki, buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar:

"Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir".

General-leytenant H.Mirzəyev çıxışının davamında "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.



Xəbər 3129 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +