AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


27.08.2021  12:23 

Əks göstəriş sertifikatı almaq istəyən hamilələrin nəzərinə!





A+  A-

“Hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. O qeyd edib ki, hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir:

“Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəssisəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir. Hamilə qadınlar üçün lazım olan sənədlər - hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsidir. Vurğulamaq istəyirəm ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək”.

Hamilə qadınların koronavirusdan necə qorunmalı olmalarına gəlincə isə baş mama-ginekoloq bildirib ki, koronavirus insanlara yoluxmuş insanla təmas və ya damcı yolu ilə ötürülür. Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında əsas gigiyena qaydaları gəlir. Xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir:

“Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlər istifadə edilməlidir. Salfet olmadıqda dirsəyə asqırılmalıdır. Lazım olmadıqca evdən çıxmamalı və evə heç bir qonaq qəbul edilməməlidir. Evdən çıxarkən maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digər insanlara 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlamaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmağa diqqət yetirilməlidir”.

Həkim həmçinin əlavə edib ki, koronavirus epidemiyası zamanı aparılan məhdud araşdırmalar nəticəsində ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilməyib. Bu səbəbdən anaların körpələrini əmizdirməkdən qorxmasına ehtiyac yoxdur: “Körpələri əmizdirməzdən əvvəl əllər sabun və su ilə yuyulub maska və əlcək taxılmalıdır. Ana südü verərkən tənəffüs gigiyenasına riayət edilməlidir. Ancaq bu vəziyyət anaya uyğun gəlmirsə, ana südü sağılaraq steril şüşə vasitəsilə sağlam insan tərəfindən körpəyə verilə bilər”.

S. Məmmədovanın sözlərinə görə, ağır COVID-19 keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu xəbərləri var. Ancaq erkən doğuşa nəyin səbəb olduğunu dəqiq bilmək çətindir. Hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır. Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğumla əlaqəli ola bilər.

Həkim bildirib ki, hərarət, öskürək, baş ağrısı və əzələ ağrısı, burun axması, sinə axıntısı kimi COVID-19 simptomları olan hamilə qadınlara testdən keçmələri tövsiyə olunur: “Hamiləlik dövründə bədəndə və immunitet sistemindəki dəyişikliklər səbəbi ilə hamilə qadınların tənəffüs yolu infeksiyalarından daha çox təsirlənə biləcəyi məlumdur. Hamilə qadınlarda şəkərli diabet, yüksək təzyiq, artıq çəki kimi şərtlər COVID-19 xəstəliyinin daha ağır olmasına səbəb olur. Hamilə qadınların xəstəliyin ağır olduğu zaman hamilə olmayan qadınlara nisbətən reanimasiyaya ehtiyacı daha çoxdur. Bu səbəbdən hamilə qadınlar COVID-19 baxımından orta risk qrupundadır. Simptomları olan hamilə qadınlara testdən keçmələri və nəticəyə uyğun olaraq müvafiq izolyasiya tətbiq etmələri tövsiyə olunur.

Xəbər 2908 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +