Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


12.08.2021  13:18 

“Azərbaycanla danışıqları bərpa etməyə hazırıq” - Paşinyan





A+  A-

“Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”.
XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

Paşinyan danışıqlarla bağlı ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.

“ATƏT-in Minsk qrupunun həmsdərlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”, -deyə Nikol Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə görə, İrəvan regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Azərbaycan, Ermənistan, Rusiya Baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır: “Düşünürəm ki, regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etmək lazımdır. Tezliklə regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Baş nazir müavinlərinin komissiyasınının işini bərpa etməli, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsi baxımından daha fəal olmalıyıq".

Xəbər 2369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +