İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.08.2021  17:23 

Şadlıq evləri ilə bağlı tələblər açıqlandı





A+  A-

Səhiyyə Nazirliyi şənlik mərasimlərinin keçirildiyi məkanlara dair tələbləri açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkimi tərəfindən “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər” təsdiq edilib.

Sənədə əsasən, şənlik mərasimi keçirilən məkanlara dair tələblər bunlardır:

- şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;

- şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;

- gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;

- girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;

- girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;

- təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;

Həmçinin şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər müəyyənləşib:

- xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;

- xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;

- şənlik mərasimi keçirilən məkanların mətbəxlərində “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi;

- şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.

Göstərişlərdə həmçinin qeyd olunur ki, şənlik mərasimlərində yaşı 18-dən yuxarı olan şəxslərin iştirakına yalnız COVID-19-a qarşı “peyvənd sertifikatı”na və ya COVID-19-a qarşı “immunitet sertifikatı”na (bundan sonra - COVID19 pasportu) sahib olduqları halda icazə verilməlidir.
2021-ci il iyulun 1-dən etibarən şənlik mərasimlərinin keçirildiyi məkanlarda işçilərin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması; dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatmanın qeyd edilməsi və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələrinin göndərilməsi vacibdir.

Xəbər 1338 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +