Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


10.08.2021  11:05 

Uhanın 11 milyon əhalisi 5 günə peyvəndləndi





A+  A-

Uhan şəhərinin yerli hakimiyyəti 5 gün ərzində 11,28 milyon yerli sakini koronavirus testindən keçirib.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Global Times” yayıb. Məlumata əsasən, 5 gün ərzində şəhərin demək olar ki, bütün sakinləri COVID-19 testindən keçirilib. Bildirilir ki, şəhərin ümumi əhalisi 12,3 milyon nəfər təşkil edir. 6 yaşdan aşağı uşaqlar və yay tətili səbəbindən Uhan şəhərindən getmiş tələbələr istisna təşkil edir və onlar testdə iştirak etməyib.

“Xinhua” agentliyinin məlumatına görə, aparılan kütləvi test nəticəsində yalnız 9 yoluxma halı qeydə alınıb. Yoluxmuş şəxslər isə öz növbəsində dərhal karantinə göndərilib.

Qeyd edək ki, Uhan əhalinin kütləvi COVID-19 testindən keçiriləcəyini keçən həftə elan etmişdi. Bu zaman bir neçə yeni yoluxma halı qeydə alınıb. Bu ana qədər isə artıq 1 ildən çoxdur ki, Uhanda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.

Xəbər 1916 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +