Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


09.08.2021  15:43 

Gürcüstan açıq havada maska rejiminə qayıdır





A+  A-

Gürcüstan hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata əsasən, pandemiya ilə mübarizə ilə bağlı Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının sədri Georgi Qibradze ölkədə qüvvəyə minəcək yeni məhdudiyyətlər barədə açıqlama verib.

Belə ki, Gürcüstanda sabahdan etibarən açıq məkanlarda maskadan istifadə məcburi olacaq.

“Avqustun 10-dan başlayaraq 5-dən çox insanın olduğu açıq məkanlarda da maskadan istifadə məcburi olacaq”, - deyə Qibrazde vurğulayıb.

Ölkədə maskadan məcburi istifadə ilə bağlı qaydalar iyunun 22-si ləğv edilmişdi.

Bununla yanaşı, Gürcüstanda toyların və digər kütləvi mərasimlərin keçirilməsinə nəzarət də gücləndirilir. Bildirilir ki, hər hansı obyekt tərəfindən bu qaydalar birinci dəfə pozulduqda həmin məkan 10 min lari (təqribən 3250 dollar) cərimə olunacaq. Eyni məkan qaydanı ikinci dəfə pozduqda isə obyekt bağlanacaq.

Xəbər 1886 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +