2022-ci ilin dövlət büdcəsinin layihəsi təsdiqləndi
Ronaldunun anası: “Sənə ev və maşın alacam deyirdi“
“Oğru“dan “obşak“dan oğurladığı 150 milyon tələb olundu - “Sxodka“
İtkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı - Kəlbəcərdə
Nazirlik vətəndaşın narazılığına münasibət bildirdi
48,4 milyon manat güzəştli kredit verilib
“Yaxşılıq terrorçu bir rejimin başa düşəcəyi bir şey deyil” – Sabir Rüstəmxanlı
Taksi sürücüsü XİN-də 226 min manatlıq tenderi necə udub?
Kartofa dair yeni dövlət standartı təsdiq edilib
Bakıda intensiv yağış yağacaq


09.08.2021  14:07 

Ürək xəstəlikləri və Şəkərli Diabet nəticəsində yaranan - Cinsi zəiflik





A+  A-

Müasir dövrdə cəmiyyətdə insanlar arasında seksual münasibətlərin mühüm əhəmiyyət kəsb etməsi diqqəti cəlb edir.Belə ki,insanlar üçün seks təkcə bioloji deyil həm də,psixoloji tələbatdır.
Müxtəlif ölkələrdə aparılan tədqiqatların statistik araşdırmaları göstərir ki,seksual funksiyanın aşağı düşməsi və ya tamamilə olmaması təkcə kişilərin həyatı-yaşama keyfiyyətini deyil,onların ömürlərinin də qısalmasına səbəb olur.

İnfarkt keçirmiş xəstələr yenidən cinsi funksiyalarının bərpa olunmasında çətinlik çəkirlər.Aparılan araşdırmalara görə ürək-damar sistemi xəstələrində erektil disfunksiya 56% təşkil edir ki,bu da sağlam adamlarla müqayisədə 4 dəfə çoxluq təşkil edir.Bu onunla əlaqədardır k,penil arteriyaların diametri qan damarlarının arteriyalarına nisbətən 2-3 dəfə,yuxu arteriyalarına nisbətdə isə 3-4 dəfə azdır.Məntiqi olaraq risk faktoru olan xəstələrdə yəni miokard infarktı zamanı kiçik arteriyaların funksional və üzvi zədələnməsi baş verir ki,bu da cinsi funksiyanın pozulmasının əsas faktorlarındandır.

Səbəbləri:
1.Qan-damar sistemində yaranan çatışmamazlıqlar.
2.Psixoloji problemlər.

Bu xəstələrdə psixoloji faktorlar üstünlük təşkil edir ki,onların arasında da ən çox gərginlik,depressiya ilə bağlı hallar daha aktivdir.İnfarkt keçirmiş xəstələrin cinsi funksiyanı icra edə bilməmələri onlarda ciddi psixotravmaya səbəb olaraq ölüm riski kimi ciddi problemlər yarada bilər.Ən əsas məsələlərdən biri isə kişilərdə kişi kimi özünə inamın itməsidir ki,bu da mühüm həyati əhəmiyyət kəsb edir.
Şikayətləri:Cinsi funksiyanın zəif və ya tamamilə olmaması,cinsi həvəsin itməsi,emosional gərginlik.

Diaqnostika:İnfarkt keçirmiş xəstələrin anamnezi və təqdim etdikləri müayinə-diaqnostika,EKQ,EXO,laborator müayinələrin nəticələri.
Əlavə olaraq, PSA,Testosteron,Penil doppler və s.
Müalicə:Xüsusi tərtib olunmuş sxem üzrə kardioloqun və ya öz müalicə həkiminin məsləhəti ilə hər bir xəstə üçün fərdi qaydada aparılır.
Şəkərli Diabet nəticəsində yaranan cinsi zəiflik.
Şikayətlər:Cinsi aktın normal icra oluna bilinməməsi,cinsi həvəsin sönməsi,cinsi zəiflik.

Səbəbləri:
1.Hormonal mübadilə prosesinin pozulması,əsasən də testosteronun səviyyəsinin aşağı enməsi cinsi həvəsin sönməsinə gətirib çıxarır.
2.Neyropatiyanın inkişafı-sinir impulslarının cinsi orqandan beyinə və geriyə ötürülmə prosesinin pozulması ilə nəticələnir.
3.Vegetativ sinir sisteminin zədələnməsi nəticəsində retroqrad eyakulyat axınına səbəb olur,yəni eyakulyasiya zamanı spermanın geriyə sidik kisəsinə atılmasına səbəb olur.
Potensiyanın pozulması vegetativ sinir sisteminin hansı şöbəsinin pataloji prosesə cəlb olunmasında asılıdır.Belə ki,potensiyaya simpatik,eyakulyasiyaya parasimpatik şöbə cavabdehdir.
4.Diabetik angiopatiya birbaşa cinsi orqan-penisin qanla təchizatını pozur.
5.Potensiya ilə bağlı psixoloji problemlər.

Kompensə olunmuş şəkərli diabet zamanı qanda şəkərin səviyyəsini normada saxlamaqla potensiya pozğunluğunun qarşısını almaq olar.
Dietaya düzgün riayət edilməsi,düzgün insulin terapiyası,sağlam həyat tərzi nəticəsində müsbət nəticə əldə etmək olar.Bütün bunlarla yanaşı ailədə ər-arvad arasında və ya partnyorlar arasında olan açıq münasibət,harmoniya psixoloji baryerin aradan götürülməsində mühüm rol oynayır.

Diaqnostikası:USM müayinə,Hormonların müayinəsi,Penil doppler.
Müalicə:Xüsusi tərtib olunmuş sxem üzrə təyin edilir.

Dr. Azər Mirzəyev,
Həkim Androloq-Dermatoveneroloq

Əlaqə üçün:

Telefon: 050 3113688
Veb sayt: www.doctorazer.com
YouTube: Androloq Azər Mirzəyev
Instagram: dr.azer_mirzoev


Xəbər 3728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.09.2021  17:45 

Amulinin davamçıları da var

24.09.2021  15:00 

Bakıda intensiv yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +