200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.08.2021  08:46 

“Qarabağ” - AEL matçının hakimləri açıqlandı





A+  A-

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.
XəzərNews.az xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona bu işdə Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Karl Kopper yerinə yetirəcək.

Qeyd edək ki, 40 yaşlı referi ikinci dəfə "Qarabağ"ın avrokubok matçına təyinat alıb. Kristo Tohver 2019/2020 mövsümündə Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə ev matçını (1:1) idarə edib. Həmin görüşdə estoniyalı referi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevə qırmızı vərəqə göstərib.

Xatırladaq ki, "Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər 2208 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +