2022-ci ilin dövlət büdcəsinin layihəsi təsdiqləndi
Ronaldunun anası: “Sənə ev və maşın alacam deyirdi“
“Oğru“dan “obşak“dan oğurladığı 150 milyon tələb olundu - “Sxodka“
İtkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı - Kəlbəcərdə
Nazirlik vətəndaşın narazılığına münasibət bildirdi
48,4 milyon manat güzəştli kredit verilib
“Yaxşılıq terrorçu bir rejimin başa düşəcəyi bir şey deyil” – Sabir Rüstəmxanlı
Taksi sürücüsü XİN-də 226 min manatlıq tenderi necə udub?
Kartofa dair yeni dövlət standartı təsdiq edilib
Bakıda intensiv yağış yağacaq


02.08.2021  12:38 

Cinsi infeksiyalar və prostatit nəticəsində yaranan cinsi zəiflik - Profilaktika, Diaqnoz və Müalicə





A+  A-

Cinsi infeksiyalar - bir insandan digərinə seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir.
Bu xəstəliklərdən ən çox yayılmışları aşağıdakılardır:

1.Qonoreya.
2.Trixomoniaz.
3.Xlamidioz.
4.Mikoplazma.
5.Ureaplazma.

Qonoreya (Süzənək) – Qonokokk (Neisseria gonorrhoeae) bakteriyaları tərəfindən törədilir. Bu törədici cinsi yolla ötürülərək sidikçıxarıcı kanalları (uretra), uşaqlıq yolunu, uşaqlıq boynunu, uşaqlığı, düz bağırsağı, ağız-udlağı eləcə də gözü (konyuktivanı) zədələyir.

Qonoreya - geniş sürətlə yayılması və ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir.
Qonoreyanın diaqnostikası: Bakterioskopik və bakterioloji analizin köməyi ilə aparılır.
Qonoreyanın kliniki əlamətləri: Uretradan-sidik kanalından irinli-selikli ifrazatın gəlməsi, sidiyə çıxarkən göynəmə, yandırma hissi ilə xarakterizə olunur. Qonoreyanın ilkin əlamətləri cinsi infeksiyaya yoluxduqdan 1-15 gün, bəzi hallarda 1-2 gün sonra özünü göstərə bilər. Qonoreya kəskin, xroniki, latent formalarda müşahidə edilir.
Qonoreyanın fəsadları: Qonoreyanın tez-tez rast gəlinən ağırlaşmalarından biri xaya və xaya artımlarının kəskin iltihabıdır ki, bu zaman xaya və xaya artımı şişib böyüyə bilər. Xaya və xaya artımının kəskin iltihabı müvafiq olaraq orxit və epididimit adlanır. Bu zaman ağrı və temperatura ola bilər.

Qonoreyanın müalıcəsi: Müalıcə xəstəliyin klinik formalarından, əlamətlərindən, yaşından və cinsindən asılı olaraq həkim-mütəxəssis tərəfindən aparılır.
Qonoreyanın profilaktikası: Təsadüfi cinsi əlaqə zamanı qoruyucudan istifadə etmək, xəstə insanın yaxud xəstəliyə şübhə olan insanın hamam-tualet dəstindən və digər şəxsi gigiyena vasitələrindən istifadə etməmək.

Trixomoniaz - Sidik-cinsiyyət sistemi orqanlarının iltihabını yaradan cinsi infeksiyadır. Törədicisi uşaqlıq yolu trixomonadasıdır (trichomonas va vaginalis). Törədicinin orqanizmə düşməsindən (yəni xəstə insanla cinsi əlaqədən) sonra 3-30 gün, 50% hallarda isə 2-3 gün ərzində müvafiq kliniki əlamətlərlə özünü göstərə bilir.
Trixomonazın diaqnostikası: Xəstəliyin törədicisi sidik-cinsiyyət yollarında yaşadığı üçün ən dəqiq diaqnostik müayinə metodu sidik cinsiyyət yollarından gələn axıntının mikroskopiyası və polimer zəncirvarı reaksiya (PZR) metodu ilə müayinəsidir.
Trixomoniazın kliniki əlamətləri: Sidik kanalından gələn zəif köpüklü, sarımtıl-yaşıl rəngli ifrazat, sidik ifrazının pozulması, uretrit,sistit əlamətləri. Kliniki əlamətlərə görə xəstəliyin 3 forması ayırd edilir: Kəskin və ya yarımkəskin, xroniki, Trixomanada daşıyıcılığı.

Trixomoniazın fəsadları: Trixomonada sidik kanalı divarını daha dərindən zədələdiyinə görə trixomonadalı xəstələrdə sidik kanalının daralmalarına tez-tez rast gəlinir. Eyni zamanda prostat vəzini zədələdiyi üçün bu xəstələrdə sağalandan sonra prostat vəzidə müəyyən dəyişikliklər qalır. Bunlar isə öz növbəsində prostat vəzidə müəyyən ağrının olması, prostat şirəsinin saxlamamazlığı (prostatoreya), gecələr sidiyə durma, cinsi zəiflik, sidik şırnağının zəifləməsi şəklində təzahür edir. Trixomonadnın prostat vəzini zədələməsi,sonda fertillik-toxumyaranma prosesinə mənfi təsir edərək spermanın kəmiyyət və keyfiyyət göstəricilərini aşağı salaraq sonsuzluq kimi ciddi problemə səbəb ola bilr.

Trixomoniazın müalıcəsi: Müalıcə,həkim-mütəxəssis tərəfindən trixomonada əleyhinə və immun sistemə təsir göstərən dərman preparatlarının effektiv dozada və kombinasiyada təyini ilə aparılır.
Trixomoniazın profilaktikası: Təsadüfi cinsi əlaqədən çəkinmək, qoruyucudan (prezervativdən) istifadə etmək.
Xlamidiya infeksiyası - Chlamydia trachomatis tərəfindən törədilir. Bu mikroorqanizm sidik-cinsiyyət yollarının divarını örtən hüceyrələrin, sperm hüceyrələrinin daxilində yaşamaqla bu hüceyrələrin zədələnməsinə və tələf olmasına səbəb olur.
Xlamidiyanın diaqnostikası: Sidik kanalından götürülmüş yaxmanın PZR (polimeraz zəncirvari reaksiya) metodu ila müayinə olunması.

Xlamidiya infeksiyasının kliniki əlamətləri: Urogenital xlamidioz zamanı sidik kanalından müşaiyət olunan axıntı bulanıq,az irinli,şəffaf və selikli olur. Sidik ifrazı zamanı diskamfort, dizuriya, cüzi göynəmə hissi müşahidə olunur. Əsasən səhərlər sidik ifrazından əvvəl sidik kanalından yapışqan kimi selikli ifrazat nəzərə çarpır. Kiliniki əlamətlər qonoreya və trixomonadaya nisbətən daha zəif olur.
Xlamidiyanın fəsadları: Xlamidiya infeksiyası uzun müddət müalicə olunmazsa yaxud düzgün müalicə olunmazsa prostat vəzini və xayaları, xaya artımlarını zədələyir. Bu hal müvafiq olaraq prostatit,orxit,epididimit adlanır. Bütün bu əlamətlərin inkişafı ilə xəstədə cinsi zəiflik, xayalarda, qasıq nahiyəsində, aralıq nahiyəsində ağrı da yaranır. Xlamidiyanın ən ciddi fəsadı spermatogenez prosesini pozaraq azoospermiya-sperm ğöstəricilərinin, aktiv spermatozoidlərin kəmiyyət və keyfiyyətinin aşağı düşməsidir ki, bu da sonda potensiyanın aşağı düşməsi, cinsi funksiyanın pozulması, dölsüzlük kimi ciddi problemlər yarada bilər.

Xlamidiya infeksiysının müalicəsi: Həkim mütəxəssis tərəfindən xlamidiya əleyhinə və immun sistemini gücləndirən dərman preparatlarının effektiv dozada təyin olunmasından ibarətdir. Çox vacib məqam ondan ibarətdir ki, cinsi partnyorun müalicəsi eyni vaxtda aparılmalıdır.
Mikoplazma və Ureaplazma sidik-cinsiyyət sistemində müxtəlif iltihabi xəstəliklər yarada biləcək bakteriyalardır.

Diaqnostikası: Yaxmanın PZR metodu ilə müayinə edilməsi ilə aparılır.
Mikoplazma və Ureaplazmanın kliniki əlamətləri: Kliniki olaraq sidik kanalından selikli, bulanıq, şəffaf ifrazat və sidiyə çıxarkən diskamfort müaşahidə oluna bilər.
Mikoplazma və Ureaplazmanın müalicəsi: Həkim-mütəxəssis tərəfindən aparılır.
Prostatit-Prostat vəzidə infeksiya və iltihaba səbəb olan faktorlarla əlaqədar yaranan bir xəstəlikdir.

Prostatitin diaqnostikası: USM müayiəsi, Prostat şirəsinin müayinəsi, Rektal müayinə, PSA müayinəsi, Cinsi infeksiyaların PZR müayinəsi.
Prostatitin kliniki əlamətləri: Prostat vəzi nahiyəsində və qarının aşağı nahiysində küt ağrı, sidiyə çxarkən təzyiqin zəif olması, qırıq-qırıq sidiyə çıxma, tez-tez sidiyə çıxma, cinsi funksiyanın zəifləməsi.
Prostatitin müalicəsi: Mütəxəssis həkim Androloq-uroloq tərəfindən aparılır.
Cinsi zəiflik problemi yuxarıda sadalanan xəstəliklərin istənilən biri və ya bir neçəsi tərəfindən yarana bilər. Cinsi zəiflik və ya erektil disfunksiya cinsi funksiyanın normal icra edilə bilinməməsidir.

Cinsi infeksiyalar nəticəsində yaranan cinsi zəiflik zamanı infeksiyalar-cinsi orqanları (xaya artımları, xayalar, toxumdaşıyıcı axacaqlar, prostat vəzi) zədələyərək onların funksiyalarını pozur.
Cinsi zəifliyin diaqnostikası: Cinsi zəifliyin diaqnostikası hər bir xəstəyə fərdi yanaşmaqla aparılır. Bura həm müxtəlif anamnestik, həm də diaqnostik metodlar aiddir. Cinsi zəifliyin diaqnostikasında xəstənin yaşı, keçirdiyi və hal hazırdakı xəstəlikləri, ürək-damar, endokrin sistemin vəziyyəti mühüm rol oynayır.
Cinsi zəifliyin klinikası: Aşağı çanaq orqanlarında ağrı, iltihabi proses, mikrosirkulyasiyanın pozulması, reproduktiv orqanların sinir uclarının zədələnməsi, prostatın fəaliyyətində durğunluq cinsi zəifliyin ilkin klinikasını səciyyələndirir. Bu xəstələrdə sinir-psixoloji gərginlik, depressiya, özünə qapanma halları müşahidə edilir.

Cinsi zəifliyin müalicəsi: Müalicə hər bir xəstəyə fərdi yanaşmaqla anonim aparılır.
Cinsi zəifliyin müalicəsi- həkim Androloq tərəfindən medikamentoz, fizioterapevtik, psixoterapevtik müayinə və müalicə metodlarının köməyi ilə aparılır.

Dr. Azər Mirzəyev,
Həkim Androloq-Dermatoveneroloq


Əlaqə üçün:

Telefon: 050 3113688
Veb sayt: www.doctorazer.com
YouTube: Androloq Azər Mirzəyev
Instagram: dr.azer_mirzoev



Xəbər 3734 dəfə oxunub.




24.09.2021  17:45 

Amulinin davamçıları da var

24.09.2021  15:00 

Bakıda intensiv yağış yağacaq

24.09.2021  11:57 

Diliniz yenə uzanıb?


BÜTÜN XƏBƏRLƏR +