Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.07.2021  14:23 

“Bir nəfər deyə bilməz ki, mən bu qətli törətmişəm” - Rövşən Əkbərov





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
XəzərNews.az-ın Report-a istinadən xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.

İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".

Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təklifi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 5 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun 7 mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".

F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".

Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xəbər 2414 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +