Prezident və xanımı yürüşdə
İrakli Qaribaşvili hər iki tərəfə vasitəçilik təklif etdi
Prezidentin xalqa müraciətini - CANLI İZLƏ
Ombudsman Bəyanat yaydı
XİN BƏYANAT yaydı
Bir dəqiqəlik sükut - saat 12:00
Seçkilərdə Almaniya Sosial-Demokrat partiyası qalib gəlib
İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
Jurnalist Məğrur Əli Poladın müharibə xatirələri...
Sabahın HAVASI açıqlandı


22.07.2021  17:43 

Büdcədə 2,5 milyard manat profisit yaranıb





A+  A-

2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, operativ məlumata əsasən, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12 milyard 668,6 milyon manat təşkil etməklə, 11 milyard 590,5 milyon manat xərclərindən 1 milyard 78,1 milyon manat artıq olub. Dövlət büdcəsinin gəlirləri 12 milyard 177,2 milyon manat proqnoza qarşı 11 milyard 755 milyon manat və ya 96,5 faiz icra olunub.

Cari ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 342 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3 milyard 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 milyon manat və ya 9,5 faiz çox olub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 38,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 milyon manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 milyon manat və ya 0,9 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 696,7 milyon manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1 milyard 403,2 milyon manat (23 faiz) az vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 milyon manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyon manat və ya 1,6 dəfə çox olub. Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32,3 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 milyon manat (56,3 dəfə) çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və ya 3,8 faiz çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 154,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 121,4 milyon manat və ya 4,7 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 102,8 milyon manat və ya 3 dəfə çoxdur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 mlyon manat vəsait transfert olunub. 2021-ci ilin ilk 6 ayı ərzində dövlət büdcəsinin xərcləri 12 milyard 070,8 milyon manat proqnoza qarşı 11 milyard 590,5 milyon manat və ya 96 faiz icra edilib. Dövlət büdcəsi xərclərinin 7 milyard 654,9 milyon manatı və ya 66 faizi cari xərclərə, 3 milyard 52,1 milyon manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 milyon manat və ya 19,6 faiz çox), 883,5 milyon manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,3 faiz çox) yönəldilib. Sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5 milyard 111,7 milyon manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127,3 milyon manat və ya 2,6 faiz üstələyib. Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. 2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin profisiti 164,5 milyon manat təşkil edib.

Həmin dövr ərzində xarici kredit təşkilatları ilə imzalanmış kredit sazisləri üzrə 107,2 milyon manat vəsait istifadə olunub, həmçinin dövlət istiqrazlarının investorlara satışı üzrə 774 milyon manat cəlb edilib.

Cari ilin ilk 6 ayında icmal büdcənin gəlirləri 15 milyard 328,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 958,3 milyon manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12 milyard 752,4 milyon manat məbləğində icra olunub. 2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, bu ilin ilk 6 ayında faktiki olaraq 2 milyard 576,5 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Xəbər 562 dəfə oxunub.



27.09.2021  11:48 

Neft qiymətləri bahalaşır

27.09.2021  10:00 

Prezident xalqa müraciət etdi

27.09.2021  10:00 

Ombudsman Bəyanat yaydı

27.09.2021  09:10 

XİN BƏYANAT yaydı

27.09.2021  09:05 

Bir dəqiqəlik sükut - saat 12:00

26.09.2021  18:24 

Sabahın HAVASI açıqlandı

26.09.2021  18:08 

Sabah bu YOLLAR bağlanacaq

26.09.2021  12:14 

5 dəqiqəyə boşandılar


BÜTÜN XƏBƏRLƏR +