“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.07.2021  09:37 

Polad Həşimovun adına park istifadəyə verildi - Video





A+  A-

Bu gün Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi, general-mayor Polad Həşimov adına park istifadəyə verilib.
XəzərNews.az xəbər verir ki, bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib və əsaslı təmir edilib. Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb. Məlumata görə, həyətyanı sahələr "IDEA" İctimai Birliyinin tövsiyə etdiyi standartlara uyğun abadlaşdırılıb.

Polad Həşimovun anası Səmayə xanım da parkın açılışında iştirak edir.

***

Bu gün vətəndaşların istifadəsinə verilən Polad Həşimov parkında şəhid generalın qardaşı İlham Həşimov onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, İ. Həşimov jurnalistlərə açıqlamasında bildirib ki, Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi təkcə Xətai Rayon İcra Hakimiyyətinə deyil, bütün icra hakimiyyətlərinə tapşırılmışdı: "Bu təşəbbüsü ilk olaraq Xətai İcra Hakimiyyəti həyata keçirib. Bunu ilk olaraq gerçəkləşdirmək elə Polad Həşimovun yolunu davam etdirmək deməkdir. Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq. Polad Həşimovun və digər şəhidlərin burada xatirə lövhəsinin olması hər gün parkı ziyarət edən uşaqların yaddaşına həkk olunacaq".

***

Parkda xatirəsi əbədiləşdirilən 9 şəhidin şərəfinə həmin şəhidlərin ailə üzvləri 9 çinar ağacı əkib.




Xəbər 4755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +