Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


20.07.2021  13:58 

Bütün şahidlər Niyaz Niftiyevin xeyrinə ifadə verdilər - Məhkəmə yenə təxirə salındı





A+  A-

Ötən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə 51 şahiddən 21-i dindirilib. Bütün şahidlər Niyaz Niftiyevin xeyrinə ifadə veriblər. Onlar Niyaz Niftiyevi şəxsən tanımadıqlarını, arayışlara görə rüşvət vermədiklərini bildiriblər.

Məhkəmədə Niyaz Niftiyevdən öncə bələdiyyə sədri olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışov da iştirak edib.

S.Abışov N.Niftiyevlə bağlı ibtidai istintaq dövründə təzyiq altında ifadə verdiyini bildirib və həmin ifadədən imtina edib: "Niyaz Niftiyev 07 aprel 2020-ci ildən sonra sərəncam verici şəxs statusunda olmuşdu. Bu tarixdən sonra da yalnız qəsəbə ərazisində yaşayan və borclu kiçik sahibkarların borcu ödənildikdən sonra "məşğul olduğu fəaliyyət sahəsini təsdiq edən" arayışın verilməsini tövsiyə etmişdi. Bu cür arayışlar bələdiyyə tərəfindən hər zaman verilib".

S.Abuşov həmçinin bildirib ki, N.Niftiyev tərəfindən qəsəbə ərazisində fəaliyyət göstərməyən kiçik sahibkarlara və fiziki şəxslərə hər hansı bir formada arayış verilməsi ilə bağlı heç bir göstəriş verməyib: "Bu faktı özüm təsdiq edirəm. Arayışların Bələdiyyələrin "Sənədlər və Vətəndaşlarla İş" şöbəsində deyil, "Bələdiyyə Gəlirləri və Yerli Vergilər" şöbəsi tərəfindən hazırlanmasında məqsəd ondan ibarətdir ki, "Bələdiyyə Gəlirləri və Yerli Vergilər" şöbəsində borclu sahibkarlar və fiziki şəxslərin informasiya bazası var. Əgər Niftiyev və ya ondan əvvəlki sədr Mətanət Nəsibovanın arayışları rüşvət qarşılığında satmaq kimi bir niyyətləri olsaydı, bu işi "Bələdiyyə Gəlirləri və Yerli Vergilər" şöbəsi deyil, "Sənədlər və Vətəndaşlarla İş" şöbəsi tərəfindən həyata keçirərdilər”.

Şöbə müdiri yığılan verginin qəsəbənin abadlaşdırılmasına, zibil və tullantıların daşınmasına, eləcə də karantin dövründə imkansız şəxslərə yardımlara xərcləndiyini deyib.

O, hakimin və prokurorun qəsəbədə zibil daşınması üçün müqavilə bağlanan "Karant 60" MMC ilə bağlı suallarını da cavablandlırıb:

"Karant 60" MMC ilə bələdiyyə arasında müqavilə illərdir bağlanılır. Çünki, dövlətin müvafiq qurumlarının görməli olduğu, lakin görmədiyi məişət tullantılarının təmizlənməsi kimi ağır və məsuliyyətli bir işi bələdiyyənin görməsi məcbur edilmişdir. Hər ay qəsəbə ərazisindən məişət tullantılarının təkcə daşınma xərclərinə 18 min manatdan çox vəsait Bakı şəhər Mənzil Kommunal Departamentinə ödənilib".

Məhkəmə iclasında şahid qismində ifadə verən Qurbanlı Qurban İlyas oğlu bildirib ki, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində yaşayır, qəsəbədə yaşadığını təsdiq etmək üçün bələdiyyəyə müraciət edib, məişət tullantılarına borclu olduğuna görə 20 manat pul ödəyib və qəbz alıb: "İttiham olunan şəxsləri tanımıram və onları nə vaxtsa görməmişəm”.

Başqa bir şahid - Bağırov Fərid Bağır oğlu ifadəsində göstərib ki, Binəqədi qəsəbəsi, M.F.Axundov küçəsində yaşayır. O qəsəbə ərazisində yaşadığını və istilik sistemlərinin təmiri ilə məşğul olduğunu, arayış alarkən heç bir ödəniş tələb olunmadığını deyib.

Rizvanov Taleh Azad oğlu da ifadəsində göstərib ki, Bakı şəhəri Binəqədi qəsəbəsi M.Rəsulzadə qəsəbəsi, 8 may küçəsində yaşayır. "Kamaz” avtomobili idarə etdiyindən bəzən qəsəbə ərazisində tullantıların daşınması üçün ona müraciət edilib. Hər dəfə bu xidmət üçün bələdiyyə tərəfindən ona 40 manat pul verilib. Tullantıların bələdiyyə ərazisindən daşınmasını bildirmək üçün ona arayış verildiyini və bunun müqabilində pul ödəmədiyini deyib.

Bundan başqa, Səttar Tərlan Əmira oğlu ifadəsində göstərib ki, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yaşayır. Özünə məxsus "Ford" markalı 90-OS-269 dövlət nömrə nişanlı avtomobillə yük daşıma xidməti ilə məşğul olur. Bunu dəsdiq edən arayış üçün bələdiyyəyə müraciət edib, məişət tullantılarına borcu olduğu üçün bələdiyyəyə 10 manat pul ödəyib və əvəzinə qəbz alıb.

Daha sonra Əlizadə Pərviz Canbaxış oğlu, Məmmədova Firuzə Həsən qızı, Bayramov Əbülfəz Sabir oğlu, Bəxtiyarlı Mehrac İxtiyar oğlu, Aslanov Zahid Gülnəzər oğlu, Əliyev Əli Əbdüləli oğlu və digərləri də bu səpkili ifadələr veriblər, rüşvət qarşılığında heç bir arayış almadıqlarını bildiriblər.

Sonda hakim Əli Məmmədov bildirib ki, məhkəmədə ilkin istintaq dövründə izahatları alınan digər şahidlərin də fikirləri dinləniləcək. Hakim növbəti məhkəmə prosesini avqust ayının 2-sinə təyin edib.

Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Xatırladaq ki, N. Niftiyevin həbsi ilə bağlı bir qrup ziyalı ölkə başçısına müraciət edib.

Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.

Xəbər 1365 dəfə oxunub.




20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +