200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.07.2021  17:45 

Fransada müsəlmanlara qarşı zorakılıq halları artıb





A+  A-

Ötən il Fransada müsəlmanlara qarşı zorakılıq və təhdid hallarının sayı 52 % artıb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı məlumat Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyasının (CNCDH) rasizm, antisemitizm və ksenofobiyaya dair 30-cu hesabatında yer alıb.

Hesabatda deyilir ki, mart ayında internet vasitəsilə sorğuda iştirak edən şəxslərin 59 %-i İslam dinini fransız kimliyinə təhdid olaraq qiymətləndirir.

Bununla belə, sorğu iştirakçılarının 72 %-i hesab edir ki, miqrantlar Fransaya yalnızca sosial müdafiədən yararlanmaq üçün gəlirlər.

Ümumilikdə 2020-ci ildə Fransada ksenofobiya aktlarının sayı 22 % azalıb. Belə ki, ötən il bu ölkədə yalnız 888 dözümsüzlük halı qeydə alınıb.

Qeyd edək ki, ötən il Fransada 2019-cu illə müqayisədə antisemitizm halları 51 % azalıb. Lakin buna baxmayaraq, anti-islam hallarının sayında 52 % artım müşahidə edilib.

Həmçinin, hesabatda qeyd olunur ki, yeni növ koronavirus pandemiyası dövründə bu ölkədə asiyalılara qarşı diskriminasiya halları əhəmiyyətli dərəcədə artıb.

Xəbər 2292 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +