08.07.2021  12:23 

“Benfika”nın prezidenti həbs olundu





A+  A-

Portuqaliyanın “Benfika” klubunun prezidenti Luiş Filipe Vieyra həbs olunub.
XəzərNews.az xəbər verir ki, 72 yaşlı funksioner vəzifədən sui-istifadə, fırıldaqçılıq və “çirkli pullar”ın yuyulmasında ittiham olunur.

Bu barədə Portuqaliyanın “Publico” nəşri məlumat yayıb. Luişlə yanaşı, onun oğlu Tyaqo Vieyra, sahibkar Xose dos Santos və idman meneceri Bruno Maçeda da həbs olunub.

“Benfika” ötən mövsümü Portuqaliya çempionatında 3-cü sırada bitirib.

Xəbər 2051 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +