20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


05.07.2021  10:46 

Müəllimlərin işə qəbulu imtahanlarına başlanıldı





A+  A-

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən xəbərə görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.

Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Qeyd edək ki, 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62 242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59 171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Onlardan 59 153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər.

Xəbər 2093 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +